Xəbər lenti
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
2022-08-13 04:30:03
145 baxış
İyulun 26-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının çıxışından irəli gələn vəzifə və tapşırıqları vurğulayıb.
Qərargahın fəaliyyətinin planlılıq, operativlik, şəffaflıq kimi prinsiplərə əsaslanaraq daha da təkmilləşdirilməsinin önəmini bildirib.
Sonra 2022-ci il iyulun 5-də Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin Suqovuşan və Ağdam istiqamətinə səfəri zamanı müəyyənləşdirilmiş məsələlərə dair müzakirələr aparılıb.
Zəngilan rayonunun Ağalı kənd sakinlərinin qayıdışının birinci mərhələsi üzrə 41 ailənin köçürülməsinə toxunan Qərargah rəhbəri Böyük Qayıdış prosesinin başlaması ilə əlaqədar qarşıda duran yeni vəzifələri qeyd edib.
İclasda Əlaqələndirmə Qərargahının cari fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən yaşayış məntəqələrinin şəhərsalma sənədlərinin hazırlanması, mühəndis-kommunikasiya və sosial infrastrukturla təmin edilməsi, habelə əhalinin qayıdışının təşkili və dayanıqlı məskunlaşması üzrə məsələlər müzakirə olunub.
Sonda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir