Xəbər lenti
Azərbaycanda peşə təhsili üzrə “Elektron qiymətləndirmə aləti” yaradılıb
2022-08-12 23:00:03
127 baxış
Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə ölkədə peşə təhsilində ilk dəfə olaraq “Elektron qiymətləndirmə aləti” yaradılıb. “Elektron qiymətləndirmə aləti” peşə təhsili pilləsi üzrə təhsil alan tələbələrin biliklərinin onlayn qaydada qiymətləndirilməsi prosesini yerinə yetirir.
BMT-nin İnkişaf Proqramı Kommunikasiya bölməsindən "APA-Economics"ə verilən məlumata görə, sözügedən alət Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən peşədə inklüziv tədrisə dəstək və peşə təhsilində innovativ yanaşmaların tətbiqi fəaliyyətləri çərçivəsində hazırlanıb. E-qiymətləndirmə platforması ilə internetə çıxışı olan istənilən müvafiq mühitdə imtahanların təşkil edilməsi mümkündür və qiymətləndirməni başa vuran namizəd öz nəticəsini dərhal ekranda görə bilir.
Qiymətləndirmə prosesi ilk dəfə pilot olaraq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “aşpaz” ixtisası üzrə tədris alan tələbələr üçün təşkil edilib. İmtahanda sağlamlıq imkanları məhdud şəxslər olmaqla, ümumilikdə 31 nəfər iştirak edib.
Elektron qiymətləndirmə alətində suallar “Tək seçim”, “Çoxlu seçim” və “Doğru/Yanlış” sual növləri üzrə və çətinlik dərəcəsinə görə “1 bal”, “2 bal” və “3 bal” üzrə hazırlana bilər. İmtahanla bağlı bütün məlumatlar (fənnlər, modullar, suallar), o cümlədən iştirakçılar və nəticələrə dair təfərrüatlar sistemdə saxlanılır və sistemə müvafiq keçidi olan şəxslər istənilən vaxt bu məlumatları nəzərdən keçirə bilir.
Bu platforma PTDA-ya tələbələrin iştirakı, tərəqqisi, uğurlu nəticəsi və ya kəsiri, habelə ümumi performans çətinlikləri haqqında məlumatı hesabat formasında əldə etməyə imkan yaradacaq. Toplanmış məlumatlara əsasən, PTDA öyrənmənin qiymətləndirməsi hesabatlarını ümumiləşdirərək bütün prosesi qiymətləndirmək üçün onları təhlil edə biləcək. Qiymətləndirmə alətinin növbəti tətbiqi 4 avqust 2022-ci il tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “dərzi” qrupu üzrə təşkil ediləcək.
Qeyd edək ki, platformanın istifadə edildiyi bu inklüziv təlimlər ödənişsizdir və hazırda 10-a qədər müxtəlif peşə istiqamətləri üzrə təşkil edilir. Təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək. Təlim proqramı Azərbaycanda ömürboyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş həssas qruplara, gənclərə, qadın və kişilərə yeni məşğulluq imkanları yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir