Xəbər lenti
Ukraynada təhsil alan azərbaycanlı tələbələrin köçürülməsinə aydınlıq gətirilib
2022-08-12 13:00:02
126 baxış
Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirilib.
APA xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli "Tələbələrin köçürülməsi" mövzusunda çıxışı zamanı bildirib ki, bu barədə bir çox hallarda problemlər sənədlərin təqdim edilməsi halları ilə bağlı yaranır.
“Tələbələrin bir çoxu qeyd edir ki, mövcud vəziyyətlə əlaqədar onlar sənədləri əldə etməkdə çətinlik çəkirlər, ya universitet təqdim edə bilmir, ya da tələbələr gedib götürə bilmirlər. Bizim mövqeyimiz ondan ibarətdir ki, tələbələr son sənəd gününə, son ekspertiza gününə qədər sənədləri əldə etməyə çalışsınlar. Çünki köçürülmənin əsas predmetlərindən biri akademik arayış, akademik transkriptdir. Bunlar olmadıqda, biz tələbənin hansı kursda oxumağı, təlim nəticələri barədə heç bir məlumat əldə edə bilmirik. Hər bir halda həmin tələbələr şəxsi kabinet yaradıb, əllərində olan bütün sənədləri sistemə yükləsinlər. Təxminən avqustun ortalarına qədər bu sənədləri almağa çalışsınlar. Əgər akademik transkriptin bugünkü tarixə olan versiyasını ala bilmirlərsə, ən azından mart-aprel ayına qədər olan versiyasını təqdim etmələri yaxşı olardı. Belə olan halda bizim qərarvermə prosesinə təsir edə bilərlər. Lakin ümumilikdə xaricdən köçürülmədə tələbənin gediş-gəlişi, akademik transkript, təhsil haqqı borcunun olub-olmaması, universitetin beynəlxalq reytinqi, beynəlxalq səviyyəli imtahan nəticələri nəzərə alınır. Hansısa bir sənəd yoxdursa, bu, tələbənin köçürülməyəcəyi anlamına gəlmir. Təhsil Nazirliyində qiymətləndirmə ilə bağlı ekspertlər çalışır və bütün amillər nəzərə alınır”, - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir