Xəbər lenti
UNEC tələbələrinin startapları dünyanın nəhəng şirkətlərində qəbul olunub
2022-08-11 19:00:03
85 baxış
UNEC tələbələrinin "Guidera" adlı layihəsi Meta (Facebook) şirkəti ilə birlikdə təşkil olunan Genesis Startap Akademiyası tərəfindən qəbul olunub.
UNEC-dən APA-ya verilən xəbərə görə, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 4-cü kurs tələbələri İdrak Atakişili və Tural Salmanovun birgə hazırladıqları “Guidera” layihəsi 30-dan çox ölkədən, 3000 müraciətçi arasından seçilib.
"Guidera" yerli bazarda lider şirkətlər tərəfindən təsis edilmiş praktiki kurslar və virtual təcrübə proqramlarını "NanoMaster" adlı paket şəklində təklif edən platformadır. Layihənin məqsədi əmək bazarında işə götürən şirkətlərin ehtiyaclarını qarşılaya biləcək mütəxəssislər hazırlamaq, eyni zamanda işçi qüvvəsini səmərəli şəkildə idarə edərək, işsizliyi azaltmaqdır. “NanoMaster” proqramlarında nəzəri biliklərin praktik şəkildə şirkətlərin virtual təcrübə proqramlarında tətbiqi də nəzərdə tutulub.
Tələbələr proqram müddətində Genesis Tech-in təsisçiləri və direktorları, eləcə də dünyanın nəhəng şirkətləri olan Meta, Amazon Web Services (AWS), Horizon Capital, Flyer One Ventures, AppsFlyer, Awesonic, Notion, Legal Nodes, Zendesk, Customer.io və digər şirkətlərin ekspertlərindən tədris və mentorluq dəstəyi alacaqlar.
Əlavə olaraq, tələbələr Meta Blueprintın sertifikatını almaq, məhsulun inkişafı üçün Amazonun şirkəti tərəfindən 10 min ABŞ dollarınadək AWS krediti əldə etmək və Pitch Day zamanı biznes ideyalarını VC fondlarına təqdim etmək şansı qazanıblar.
Qeyd edək ki, “Guidera” layihəsi Azərbaycan Beynəlxalq Bankının İnkubasiya proqramına da qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir