Neftçala rayonunda şəhidin doğum günü məzarı önündə qeyd olunub
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Leytenant Xalid Orucovun doğum günü Neftçala rayonun Aşağı Surra kəndində məzarı önündə qeyd olunub. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mirgəsən Seyidov Millu Məclisin Deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov Ana Vətən Partiyası Salyan rayon təşkilatının sədri Emin Xudiyev , Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Neftçala rayonu şöbəsinin nümayəndələri, kənd sakinləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Kanal4.az -ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhid Xalid Orucovun,əziz xatirəsi ehtiramla yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli həyat yolundan danışıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsinin daim əziz tutulacağını söyləyiblər.
Şəhid Xalid orucovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.





