Xəbər lenti
NATO Ukraynaya hərbi və maliyyə yardımı göstərməyə davam edəcək
2022-08-08 02:00:03
89 baxış
"NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi və maliyyə yardımı göstərməyə davam edəcək".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Serbiyanın "Kurir" nəşrinə müsahibəsində deyib.
"NATO təhlükəsiz rabitə vasitələri, yanacaq, tibbi ləvazimatlar və zirehli jiletlər, minalara qarşı avadanlıqlar, kimyəvi və bioloji təhlükələrə qarşı avadanlıqlar, həmçinin yüzlərlə portativ pilotsuz uçuş aparatlarının əleyhinə sistemlər daxil olmaqla hərtərəfli yardım paketi təqdim edəcək", - o bildirib.
Baş katib Stoltenberq əlavə edib ki, NATO uzunmüddətli perspektivdə Ukraynaya Sovet dövründən qalma texnikadan NATO-nun müasir avadanlıqlarına keçidinə, qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsinə, müdafiə və təhlükəsizlik institutlarının daha da gücləndirilməsinə kömək edəcək.
NATO Baş katibi qeyd edib ki, alyans yeni reallıqlara adaptasiya olmaq barədə Madrid sammitində qərarlar alıb.
"Biz yeni təhlükəsizlik reallığına cavab vermək üçün müdafiə və çəkindirmə gücümüzü əhəmiyyətli dərəcədə artırmaq barədə Madriddə razılığa gəldik. Bu, müdafiə xəttimizi gücləndirmək, NATO-nun şərq hissəsindəki döyüş qruplarını təkmilləşdirmək, habelə sürətli reaksiya qüvvələrinin üzvlərinin sayını 300 mindən çox artırmaq deməkdir", - NATO Baş katibi deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir