Xəbər lenti
NATO Baş katibi: "Serbiyanın üzv olmamaq qərarına hörmətlə yanaşırıq"
2022-08-08 00:30:03
127 baxış
"NATO və Serbiya yaxın və uzunmüddətli tərəfdaşlardır, bizim tərəfdaşlığımız Serbiyanın elan etdiyi hərbi neytrallıq siyasətinə tam hörmətlə yanaşaraq, siyasi dialoq və praktiki əməkdaşlığa əsaslanır".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Serbiyanın "Kurir" nəşrinə müsahibəsində deyib.
Baş katib bildirib ki, NATO və Serbiya arasında siyasi dialoq müxtəlif platformalarda və səviyyələrdə baş tutur.
"Praktiki əməkdaşlığımız bir neçə sahəni əhatə edir və Serbiyanın konkret ehtiyaclarına və maraqlarına ən uyğun şəkildə qurulub.
Məsələn, sel və meşə yanğınları kimi fövqəladə hallara daha hazırlıqlı olmaq üçün birlikdə çalışmışıq. Biz Serbiyaya təhlükəsizlik qüvvələri və institutlarının islahatında kömək edirik. NATO serb əsgərlərini sülhməramlı missiyalar üçün hazırlayır. Bundan əlavə, biz Serbiyaya yüzlərlə ton köhnəlmiş sursatın məhv edilməsinə kömək etmək üçün milyonlarla avro sərmayə qoymuşuq", - Stoltenberq bildirib.
Baş katib Serbiya ilə NATO arasında elmi sahədə uzunmüddətli əməkdaşlığın olduğunu da vurğulayıb.
"Biz Serbiya ilə sıx tərəfdaşlığı yüksək qiymətləndiririk. Avstriya və İsveçrə kimi tərəfdaşlarla üzv olmadan güclü əlaqələr qurduğumuz kimi Serbiya ilə də belə əlaqələr qura bilərik. Biz digər ölkələrin NATO-ya üzv olmaq qərarlarına hörmət etdiyimiz kimi, onların NATO-ya üzv olmamaq qərarına da tam hörmətlə yanaşırıq", - Yens Stoltenberq vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir