Xəbər lenti
FHN-in əməkdaşı dünya çempionu olub - FOTO
2022-08-07 14:30:03
140 baxış
İyulun 14-17-də Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə dünya çempionatı keçirilib.
FHN-dən APA-ya verilən məlumata görə, çempionatda 25 ölkədən 220-yə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan kyokuşinkay karate və ciyutaido üzrə yığma komandanın idmançıları yüksək nəticələr əldə ediblər. Yüksək nəticə əldə etmiş idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da var. Belə ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate, eyni zamanda Azərbaycan milli yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu İskəndər Həsənov 75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kuboku, medal və diplomu təqdim olunub.
Qeyd edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, ikiqat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir.
25 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir