Xəbər lenti
"Zəfər" altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib
2022-08-07 07:00:03
220 baxış
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 314 683 elektron arayış verilib.
APA xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
DOST RİM direktoru Kənan Əkpərov bir neçə ay əvvəl istifadəyə verilən “Əmək Münasibətlər və Məşğulluq” (ƏMAS) sistemi barədə məlumat verərək bildirib ki, altsistemə keçidlə bağlı Mərkəz tərəfindən işəgötürənlər üçün təlimlər və vebinarlar təşkil olunub.
"Vebinarlar zamanı gündəlik 300-500 civarında işəgötürənin sualları cavablandırılıb və onlara rəqəmsal dəstək göstərilib. Həmçinin altsistemdə yeni funksionallıqlar yaradılıb. Artıq əmək müqaviləsinin bağlanma tarixi cari dövrdən əvvəlki tarixə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin sistemə əlavə olunması mümkündür. Həmçinin bildirişlərin etibarsız edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındakı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) elektron müraciət etmək də olur. Əvvəllər işəgötürən tərəfindən xitam bildirişlərinin yalnız 24 saat ərzində etibarsız edilməsi mümkün idi. Hazırda isə işəgötürənlərə heç bir məhdudiyyət qoyulmayıb. Altsistemin təkmilləşdirilməsi və yeni funksionallıqların əlavə edilməsi prosesi davam edir. Yaxın vaxtlarda məşğulluqla bağlı proseslərin də ƏMAS üzərindən həyata keçirilməsi təmin olunacaqdır”, - o əlavə edib.
Kənan Əkbərov onu da qeyd edib ki, mərkəzin digər bir layihəsi Zəfər altsistemi müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində önəmli rol oynayıb: “Altsistemə 200 minədək şəxsə dair məlumatlar daxil edilib. Təyinatlar barədə məlumat şəxslərin e-sosial portalındakı şəxsi kabinetlərində yerləşdirilib. “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir