Xəbər lenti
Birlik komandiri: "NATO konsepsiyası çərçivəsində təlimlər mütəşəkkil şəkildə keçirilib"
2022-08-05 16:00:03
266 baxış
Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov hərbi hissənin birillik fəaliyyəti barədə məlumat verib.
APA xəbər verir ki, Kənan Seyidov bu barədə Ordu birliyinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə bildirib.
Diqqətə çatdırıb ki, yeni yaradılan birliyin tərkibinə daxil olan hərbi hissələrin çoxu Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edib. Şəhidlərimiz, qazilərimiz var. Beş nəfər hərbi qulluqçumuz “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Yüzlərlə döyüşçümüz orden və medallarla təltif olunub. İgidlərimizin qəhrəmanlıq ənənələri bu gün uğurla davam etdirilir.
Döyüş hazırlığı planına əsasən, NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində təlimlər mütəşəkkil şəkildə keçirilib. Təlimlər zamanı motoatıcı bölmələrin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib. Əməliyyat komando hərbi hissələrində aparılan praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını uğurla icra edib. Komandoların fərdi bacarıqlarının, o cümlədən atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə nəticələnib.
Ordu birliyi və tabeçilikdə olan hərbi hissələrlə ərazidə komanda-qərargah təlimləri, tank, motoatıcı taborları və artilleriya divizionu ilə taktiki təlimlər yüksək səviyyədə təşkil olunub. Əlahiddə rabitə, maddi-texniki təminat taborları ilə taktiki xüsusi təlimlər öz bəhrəsini verib. Bütün bu təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin arıtırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə bərabər peşəkar fəaliyyətinin təkmilləşdirilməsidir və biz buna nail olmuşuq.
Vətən Müharibəsi Qəhrəmanı K.Seyidov şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyət arasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması və həvəsləndirilməsi məqsədilə yarış və müsabiqələrin təşkili, şəxsi heyətə hərbi intizamın qaydalarının, onlarda milli ruh, ləyaqət, Vətənə sevgi hisslərinin, iradi keyfiyyətlərin aşılanması məqsədilə keçirilən tədbirlərdən, Azərbaycan Ordusu səviyyəsində irimiqyaslı təlimlərdə qazanılan uğurlardan da bəhs edib.
Hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəhid və qazi ailələrinin daim diqqətdə saxlanılması, şəhidlərin xatirəsinin həmişə əziz tutulması məsələlərinə də toxunan Ordu birliyi komandiri sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevi və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edib ki, göstərilən etimadı bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətləri və nümunəvi xidmətləri ilə doğruldacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir