Xəbər lenti
FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi növbəti təlim keçirib - FOTO
2022-08-03 07:30:03
178 baxış
20-22 iyul 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim mərkəzində növbəti taktiki-xüsusi təlim keçirilib.
FHN-dən APA-ya verilən xəbərə görə, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan təlim zamanı Dəstənin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev iştirakçılara təlimin əhəmiyyəti barədə məlumat verərək qarşıda duran məqsəd və vəzifələrdən danışıb.
Sonra FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi tərəfindən Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətində müasir texnologiya və üsulların tətbiqini təmin etmək məqsədilə hazırlanmış proqram təminatının təqdimatı keçirilib.
Təqdimat zamanı proqram təminatında Dəstənin şəxsi heyəti barəsində məlumatların, o cümlədən heyət üzvlərinin tibbi müayinə və peyvəndləmə məlumatlarının qeydiyyatı, şəxsiyyət vəsiqələri və pasportlarının, eləcə də təlim sertifikatlarının etibarlılıq müddətinə nəzarət sistemi, keçirilmiş təlim və imtahanların qeydiyyat sistemi, INSARAG təlimatlarının, prosedur və normativ sənədlərinin, habelə şəxsi heyətə aid sənədlərin elektron arxivinin yaradılması, müxtəlif növ hesabatların alınması imkanları ətraflı izah olunub.
Sonra təlimin praktiki hissəsinə başlanılıb. Taktiki-xüsusi təlim 2 mərhələdə keçirilib. Birinci mərhələdə Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər reallaşdırılıb. Belə ki, Dəstə üzvləri şəxsi heyətin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqlar barədə məlumatlandırılıb. Eyni zamanda, şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibbi və digər təminat növlərinin təşkili həyata keçirilib.
Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, sərhədkeçmə və gömrük prosedurlarının həyata keçirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, infomasiya mübadiləsinin aparılması prosesi icra olunub. Eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili həyata keçirilib.
Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub.
Həmçinin, təlim çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələri ilə işçi görüş keçirilib. Görüşdə Dəstənin fəaliyyət istiqamətləri və gələcəkdə planlaşdırılan tədbirlər barədə təqdimat baş tutub. Eyni zamanda, TƏBİB-in nümayəndələrinin FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Tibb qrupunun tərkibində iştirakına dair məsələlərlə bağlı izahat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir