Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Şuşada Beynəlxalq Media Forum başa çatıb

2022-08-02 04:30:04 134 baxış
Xəbər şəkil
Şuşada Beynəlxalq Media Forum başa çatıb. APA xəbər verir ki, "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edib. Şuşada keçirilən Beynəlxalq Media Forum çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə müraciətini səsləndirib. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəyə imza atması ölkədə bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində böyük ruh yüksəkliyi yaradıb, Vətən müharibəsində Azərbaycan jurnalistləri də öz peşə borclarını ləyaqətlə yerinə yetirib. O qeyd edib ki, Azərbaycanda media islahatlarının yol xəritəsi kimi dəyərləndirilən “Media haqqında” yeni qanun ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafının təmin edilməsi, informasiya mühitinin sağlamlaşdırılması məqsədi daşıyır. Audiovizual Şuranın sədri İsmət Səttarovun sözlərinə görə, mediada qeyri-obyektivliyə qarşı mübarizə aparmaq lazımdır. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib ki, tarixi qələbə və müqəddəs Zəfər bölgədə, eləcə də Azərbaycanda tamamilə yeni bir reallıq yaradıb. Rəhman Hacıyev əlavə edib ki, adətən müharibələrdən sonra meydana çıxan zərərlə bağlı böyük beynəlxalq donor konfransları toplanır, beynəlxalq təşkilatlar tərəfindən müharibədən zərər çəkən dövlətlərə milyardlarla, milyonlarla maliyyə vəsaiti ayrılır: “Biz bunu hazırda Ukraynada davam edən hadisələrdə də görürük. Beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar ora milyonlarla vəsait ayırırlar. Bizim qarşımızda Qarabağı azad etməkdən də çətin, mürəkkəb vəzifə dayanır. Bu bizim mənəvi borcumuzdur. Tarixdə belə presedentlər var. MEDİA-ya təklif edirəm ki, media nümayəndələri ilə birlikdə dəyirmi masalar keçirək, bu məsələləri müzakirə edək. Əgər biz Qarabağa dəymiş zərəri bir neçə on milyardlarla ölçsək, bu çox böyük rəqəm olacaq. Biz iki ildir hesablayırıq, amma hələ ki bu zərərin sonu görünmür. Biz hələ itirilmiş mənfəətdən danışmırıq. Bu iki qat zərərdir. Əgər biz bu rəqəmi istənilən normal dövlət büdcəsinin imkanlarına bölsək, görərik ki, buna uzun müddət tələb olunur. Bunu isə ancaq dövlətə dəstək olmaqla, əlavə resurslar təmin etməklə azalda, qısalda bilərik. Əlbəttə, biz bu resursları xaricdə axtarmalı deyilik. Burada əsas rolu bizim diasporumuz oynamalıdır”. Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Milli Mətbuat Gününün Şuşada qeyd edilməsi çox əlamətdar bir hadisədir. Konfrans çərçivəsində keçirilən birinci paneldə ənənəvi medianın problemləri, konvergensiya prosesi, “feyk nyus”la mübarizə məsələləri ətraflı müzakirə edilib. Daha sonra "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci panel keçirilib. Müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub. Konfrans işini panel müzakirələrlə başa çatdırıb. Qeyd edək ki, Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub. Forumda 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və eyni zamanda, yerli media nümayəndələri iştirak edib.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04