Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Şuşada ənənəvi medianın problemləri ilə bağlı panel keçirilib - FOTO

2022-08-01 14:30:03 192 baxış
Xəbər şəkil
Bu gün Şuşada Beynəlxalq Media Forum çərçivəsində “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib. APA xəbər verir ki, Emin Musəvinin moderatorluğu ilə keçirilən birinci paneldə ənənəvi medianın problemləri, konvergensiya prosesi, “feyk nyus”la mübarizə məsələləri ətraflı müzakirə edilib. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman xatırladıb ki, tezliklə Azərbaycan mətbuatının 150 illik yubileyi qeyd ediləcək. O, həmin vaxta qədər Beynəlxalq Media Forumunun qlobal səviyyəyə çatacağına ümidini ifadə edib. Mixail Qusman 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq mediada üzləşdiyi ədalətsizliyi də xatırladıb. “Bu gün Şuşa və Qarabağ əbədi olaraq Azərbaycanındır və bu həqiqət dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq Media Forumun vəzifələrindən də biri budur”, - o diqqətə çatdırıb. “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada belə forumda iştirak etməkdən qürur hissi duyduğunu vurğulayıb. “Elə etməliyik ki, media hər kəsin güvəndiyi bir struktur olsun. Bu baxımdan, bizim hamımızın üzərinə bir məsuliyyət düşür”, - o əlavə edib. Bakıda köhnə qəzetlərlə bağlı sərgini ziyarət etdiyini xatırladan ekspert həmin nəşrlərin bu günə gəlib çıxmasının başlıca səbəbi kimi onların etibarlı və oxunaqlı olmasını göstərib. APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı deyib ki, ənənəvi medianın hazırkı problemi adamların ona olan marağının azalması, yəni kütləvilikdən uzaqlaşmasıdır: “Səbəb isə ənənəvi medianın təkyönlü olmasıdır. Ənənəvi mediada interaktivlik və debat mühiti yox idi. Bizim televiziyalarda və sairədə yaratdığımız debat mühiti konkret ekspertlər arasında olurdu. Yəni tamaşaçımızla interaktivliyimiz yox idi. Yeni medianın yaratdığı ən böyük üstünlük bu idi ki, o, öz tamaşaçısına, dinləyicisinə və oxucusuna interaktivlik və debat təklif edirdi. Və buna görə də yeni media resursları – burada təkcə saytlar deyil, kompüter vasitəsilə istifadə olunan və yaranan məhsullar nəzərdə tutulur – maraqlı idilər. Ta o vaxta kimi ki, yeni media məhsulu ortaya çıxdı: bu isə artıq sosial media idi. Hansı ki sosial media insanlara məlumatı öyrənmək, daşımaq və eyni zamanda, ötürmək imkanı tanıdı. Həmçinin birbaşa debat mühitini yaratmaq imkanını iştirakçının özünə verdi. Artıq sosial medianın imkanları ona gətirib çıxardı ki, saytlar belə sosial media üçün yalnız və yalnız mənbə rolunu oynayırlar. Və görünən ondan ibarətdir ki, çox qısa zamandan sonra artıq bütünlüklə sosial mediaya daşınan informasiyalarda ilk mənbə rolunu sosial media oynayacaq, yəni proses buna doğru gedir. Belə bir vəziyyətdə seçilmiş ifadə son dərəcə doğrudur ki, burada inteqrasiyadan yox, tamamilə konvergensiyadan söhbət gedir”. Vüsalə Mahirqızı qeyd edib ki, daha tez yerləşdirilmiş məlumat daha çox önə çıxarılır, daha çox önə çıxarılan məlumat daha çox “tık”lanır, daha çox “tık”lanılan məlumat daha çox pul qazandırır və daha sensasiyalı məlumat çox pul qazandırır. Bu gətirib çıxarır bizim panelimizdə qoyduğumuz üçüncü məsələyə: feyk xəbərlər məsələsinə. İnsanlar daha sensasiyalı, daha çox feyk xəbərlərə üstünlük verirlər. Mənim fikrimcə, feyk xəbər media yox, siyasət hadisəsidir. Çünki bu, “qara piar” əlamətidir, bununla “qara piar” aparılır”. Bolqarıstanın BTA agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva qeyd edib ki, adıçəkilən media qurum videokontentlərin yaradılması ilə məşğuldur: “İnfoqrafikaların yaradılması yeni kontent quruculuğu fəaliyyətidir. Biz yeni kontent üzərində çalışırıq ki, bütün xəbərləri canlı şəkildə çatdıraq. Bizim müxbirlərimiz bütün regionlarda canlı şəkildə çıxış edirlər. Biz BTA olaraq canlı tədbirlər, kampaniyalar təşkil edirik”. “Haqqin.az" analitik veb-saytının rəhbəri Eynulla Fətullayev çıxışı zamanı mətbuatın ictimai və iqtisadi formasiyaya bağlı institut olduğunu diqqətə çatdırıb: “Dil nəinki təfəkkürün ifadəsidir, həm də strukturdur. Media da özünüifadədir. Təxminən 7-8 əsr bundan öncə dünyada milli mədəniyyət yox idi, kontinental mədəniyyətlər var idi. Məsələ burdadır ki, o zaman dini kimlik var idi, milli kimlik yox idi. Məhz burjua-demokratik proses, məhz kapitalizmin sürətli inkişafı milli sərhədlər, milli özünüifadə yaratdı. Milli özünüifadə də milli mediaya gətirib çıxardı”. Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilir.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04