Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

YAP Mərkəzi Aparatında Milli Mətbuat Günü münasibətilə görüş keçirilib

2022-08-01 11:00:03 155 baxış
Xəbər şəkil
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, əvvəlcə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Abidənin önündə xatirə fotosu çəkdirilib. Sonra ulu öndər Heydər Əliyevin, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan zəngin dövlətçilik tarixinə və ictimai-siyasi ənənələrə malikdir. Onun sözlərinə görə, çoxəsrlik tariximizin tədqiq olunması, öyrənilməsi və təbliği bütün dövrlərdə qarşıda duran mühüm vəzifələrdən biri olub: “Bu işin həyata keçirilməsində - belə bir milli vəzifənin yerinə yetirilməsində Azərbaycan mətbuatının özünəməxsus rolu və payı var. Sevindirici haldır ki, bu gün əsasının qoyulmasının 147-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib. Dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti həmin dönəmin aktual məsələlərini – insanları düşündürən problemləri, çağın mütərəqqi ideyalarını və fərqli baxışlarını öz səhifələrində geniş əks etdirmişdir. Cəmiyyətin güzgüsünə çevrilən “Əkinçi” xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində müstəsna rol oynamaqla yanaşı, günümüzdə də dəyərli və aktual olan mətbuat ənənəsi formalaşdırıb. Təsadüfi deyil ki, Azərbaycan mətbuatı SSRİ dövründə bu ənənələrə söykənərək öz milliliyini qoruyub saxlamış, xalqımızın mənafeyinin, İttifaqın tərkibində olan respublikamızın maraqlarının qorunmasında mühüm rol oynamış, mövcud imkanlar və şərait çərçivəsində ziyalı sözünü cəmiyyətə çatdırmağa müvəffəq olmuş, dəyərli sözün tribunasına çevrilmişdir. Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni dönəm – inkişaf mərhələsi başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi nəticəsində Azərbaycan mediası milli maraqların qorunması, cəmiyyətin siyasi-ideoloji hazırlığının gücləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin ictimaiyyətə çatdırılması üçün önəmli işlər görmüşdür. Mətbuat üzərində senzuranın ləğv edilməsi, qanunvericilik bazasının yaradılması, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi isə medianın imkanlarının genişlənməsini təmin edib”. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, Ümummilli Liderimizin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına, reallıqlarına uyğun olaraq uğurla davam etdirilir: “Demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda söz azadlığı təmin olunub, jurnalistlərin peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir və davamlı olaraq mühüm addımlar atılır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması, bununla yanaşı, Media haqqında yeni Qanunun qəbul olunması mətbuatımızın inkişafına xidmət edən məqsədyönlü işlərdir”. Tahir Budaqov diqqətə çatdırıb ki, Heydər Əliyevin siyasi mirası olan, Ümummilli Liderimizin ideyaları əsasında fəaliyyətini uğurla davam etdirən, Prezident İlham Əliyevin sədrliyi ilə möhtəşəm nailiyyətlər qazanan, Azərbaycanın dayanıqlı inkişafına önəmli töhfələr verən Yeni Azərbaycan Partiyası da media ilə əməkdaşlığa böyük əhəmiyyət verir: “22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşümüz ənənə halını alıb və bundan sonra da media ilə sıx təmaslarımız davam edəcək. Heç şübhəsiz, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı, media nümayəndələri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xüsusilə də, 44 günlük Vətən müharibəsi milli mətbuatımızın vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olması isə qürurvericidir. Haqq mübarizəmiz uğurla başa çatsa, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa olunsa da, informasiya müharibəsi davam edir. Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni çağırışlara uyğun qurur. 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrimizi səmimi-qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə nailiyyətlər, yeni yaradıcılıq uğurları diləyirəm. Daha sonra tədbirdə YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar redaksiyasının baş redaktorunun müavini Vüsal Mətləb, APA İnformasiya Agentliyinin redaktoru Ramiz Mikayıloğlu və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy çıxış edərək Azərbaycan dövlətinin milli mətbuatımıza qayğısından bəhs edib, göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür ediblər. Sonda KİV nümayəndələrinə mükafatlar təqdim olunub.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04