Xəbər lenti
Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq
2022-07-31 01:00:03
191 baxış
Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq və icra olunacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, dövrün sonuna turizm üzrə daxilolmaların 20% artması planlaşdırılıb. Bununla da turizmin qeyri-neft/qaz ÜDM-də xüsusi çəkisinin artması nəzərdə tutulub.
Həmçinin, daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb. Hazırda turizm mövsümü 4 ay hesab edilir. Qeyri-mövsüm dövründə turizmin təşviqinə dair təkliflərin həyata keçiriləcək. Dövrün sonuna qeyri-mövsüm müddətinin 15% azalması nəzərdə tutulub. Beləliklə, Qeyri-mövsüm dövründə turizmin turizm gəlirlərində xüsusi çəkisi artırılacaq.
Eyni zamanda ölkənin müxtəlif şəhər və rayonlarında dövlət‒özəl tərəfdaşlığı çərçivəsində əcnəbi vətəndaşlara tibbi turizm çərçivəsində xidmət göstərən tibb müəssisələrinin sayı artırılacaq. Planın əsas icraçısı Səhiyyə Nazirliyi, aidiyyəti qurumlar isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyidir.
Proqram 2022-2026-cı illəri əhatə edəcək.
Dövrün sonuna 2 tibb müəssisəsinin “Joint Comission İnternational” akkreditasiyasını əldə etməsi, Azərbaycanın Medical Tourism İndex (MTİ) üzrə reytinq cədvəlinə daxil olması və nəticədə tibbi turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir