“Qəbələ” üstünlüyünü qoruya bilməyib
Konfrans Liqasında mübarizə aparan daha bir Azərbaycan klubu yarışa start verib. Apasport.az saytının məlumatına görə, 3 ildən sonra avrokuboklara qayıdan “Qəbələ” Macarıstanda “Fehervar”ın qonağı olub. II təsnifat mərhələsinin ilk oyunu meydan sahiblərinin təzyiqi ilə başlayıb. Müdafiədə etibarlı oynayan “Qəbələ” Rafael Utziqin qolu ilə hesabda önə keçməyi bacarıb. Lakin təmsilçimizin üstünlüyü uzun sürməyib. Macarıstan klubu Kenan Kodronun qolu ilə hesabı bərabərləşdirib. Bu qoldan ruhlanan meydan sahibləri daha böyük qüvvə ilə irəli atılıb. Lakin “Qəbələ”nin əks-hücumları da təhlükəli alınıb. Amma “Fehervar” istəyinə çata bilib. 67-ci dəqiqədə Adrian Rus, 7 dəqiqə sonra ublunu rəsmiləşdirən Kodro qol sevinci yaşayıb. Murad Musayevin qırmızı vərəqəsindən sonra azlıqda qalan “Qəbələ” daha bir top buraxıb. Budu Zivzivadze komandasına böyükhesablı qələbə qazandırıb – 4:1. Qeyd edək ki, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda baş tutacaq. Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun 21 iyul 21:00. “Fehervar” (Macarıstan) – “Qəbələ” (Azərbaycan) - 4:1 Qollar: Kenan Kodro, 30, 74, Adrian Rus, 67, Budu Zivzivadze, 90 - Rafael Utziq, 16 Qırmızı vərəqə: Murad Musayev, 86 Baş hakim: Kaspar Syöberq (İsveç) “Fehervar”: 1. Daniel Kovaç, 4. Adrian Rus, 31. Nikola Serafimov, 11. Loik Neqo, 13. Artyom Şabanov, 21. Ruben Pintu, 5. Attila Fiola (k), 55. Marsel Heyster, 23. Pal Dardai, 7. İvan Petriak, 19. Kenan Kodro Ehtiyat oyunçular: 42. Emil Rokkov, 57. Martin Dala, 9. Stopira, 29. Zolt Kojnok, 83. Benze Baboş, 65. Silvester Hanqya, 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 80. Boqdan Lednev, 94. Klaudiu Bumba, 22. Budu Zivzivadze, 70. Funşo Bamqboyen Baş məşqçi: Mixael Boris “Qəbələ”: 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 28. Murad Musayev, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 11. Asif Məmmədov (k), 23. Rafael Utziq, 7. Rövlan Muradov, 97. Felipe Santos Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev, 77. Emil Səfərov Baş məşqçi: Elmar Baxşıyev Sekeşfexervar, “MOL Arena Sosto”