Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Media islahatları mövzusunda konfrans keçirilib - FOTO

2022-07-28 01:30:03 355 baxış
Xəbər şəkil
Bu gün “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans və MEDİA-nın yeni veb-saytının təqdimatı keçirilib. APA xəbər verir ki, konfrans Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə açıq elan olunub. Beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılması olub. Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib: “Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir”. Konfrans “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib. Konfransın moderatoru Elçin Mirzəbəyli Azərbaycan mediasının tarixi ənənələrindən bəhs edib və media sahəsində aparılan islahatlardan danışıb: “Medianın Azərbaycanda hüquqi bazası formalaşdırılıb. Bununla da iş bitməyib. Bu proses Medianın İnkişafı Agentliyinin komandası tərəfindən irəliyə doğru aparılıb. Artıq mediada aparılan islahatların nəticələrini görməkdəyik”. Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv edilib, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi-texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb. Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb: “Bu gün Azərbaycan mediasında həyata keçirilən islahatların məqsədi ənənəvi medianın rəqəmsal mediaya sürətli keçidini təmin etmək, medianın maddi-texniki bazasının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, medianın beynəlxalq əməkdaşlığının genişləndirilməsidir. Medianın gücünü 30 illik işğal dövründə, Vətən müharibəsi dövründə və post-müharibə dövründə gördük. İnformasiya ən əhəmiyyətli və ən həssas yanaşma tələb edən faktordur. Ümid edirəm ki, Azərbaycan mediası bundan sonra da dövlətin inkişafına xidmət edəcək”. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Əkinçi” qəzetindən başlayan milli mətbuatın tarixinə nəzər salıb, ötən dövrdə medianın, mətbuatın inkişafında müsbət dinamikaya toxunub. Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib və bildirib ki, Azərbaycan mediası cəmiyyətin güzgüsü rolunu oynayıb: “Milli Mətbuatın qollarından biri də audiovizual mediadır. Keçən illərdə dövlət radio və televiziya kanalları ilə yanaşı, özəl radio və televiziya kanalları yaranmağa başlayıb. Ulu öndərin ölkənin ağır vəziyyətində hakimiyyətə qayıdışından sonra medianın gücünü dərk edərək hər zaman Azərbaycan mediasının dostu və dəstəkçisi oldu, Azərbaycan mediasında senzuranı ləğv etdi. Dövlətin informasiya cəbhəsində dayağı azad mediadır. Bunu müasir dövrdə atılan addımlar da bir daha göstərir. Jurnalistlərin güzəştli ipotekadan yararlanması ilə bağlı Prezident İlham Əliyevin Fərmanı bunun bariz nümunəsidir”. Daha sonra Fazil Novruzov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediasının fəaliyyətindən bəhs edib, Vətən müharibəsindən sonra Kəlbəcərdə ermənilər tərəfindən basdırılan minaya düşərək həlak olan jurnalistlər – Məhərrəm İbrahimovu və Sirac Abışovu xatırlayıb. “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov çıxışında Azərbaycan mətbuatının beynəlxalq aləmdə olan nailiyyətlərindən bəhs edib: “Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın media sektorunun inkişafına yönələn addımları, xüsusilə jurnalistlərə daimi dövlət qayğısı üçün möhkəm zəmin yaradır. Məhz belə mühitdə müasir çağırışlarla ayaqlaşan media strukturlarının inkişafı, Azərbaycan mətbuatının qlobal mediaya inteqrasiyası, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması mümkün olur. Müasir çağırışlara tam cavab verən yeni “Media haqqında” qanunun qəbulu çox vacib addım kimi qiymətləndirilir. Azərbaycan mediası sürətlə inkişaf edir, həmçinin beynəlxalq aləmdə də artıq Azərbaycan mediası öz sözünü deyib və deməkdədir. Dünyaya çıxışı daha da inkişaf etdirmək üçün beynəlxalq jurnalistika təcrübəsini öyrənmək çox vacibdir. dünyanın müxtəlif media qurumları ilə əlaqələr qurmaq da olduqca vacibdir”. Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub. Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı istifadəçilər üçün daha əlçatan olub.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04