Xəbər lenti
Mərkəzi Asiya liderləri görüşüb, Tacikistanla Türkmənistan yeni sazişi imzalamayıb
2022-07-26 22:30:02
199 baxış
Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Mərkəzi Asiya ölkələri dövlət başçılarının IV Məşvərət İclası keçirilib.
APA xəbər verir ki, iclasa Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qatılıb.
Qırğızıstan Prezidenti çıxışında bildirib ki, beynəlxalq münasibətlərin mövcud böhranlı şəraitində bu ölkələr regionun ümumi maraqlarını dünya miqyasında qorumaq və təşviq etmək üçün daha da sıx əməkdaşlıq edəcəklər.
“Təəssüf ki, beynəlxalq mühit istər qlobal təhlükəsizlik, istərsə də dünya iqtisadiyyatı baxımından nikbinlik yaratmır. Bu gün Mərkəzi Asiya dövlətləri ənənəvi təhlükəsizlik çağırışları və təhdidləri ilə üzləşir və onların yeni hibrid formaları yaranıb. Bu baxımdan mən Mərkəzi Asiyada regional təhlükəsizliyə ciddi təsir göstərməkdə davam edən çox mühüm bir məsələyə toxunmaya bilmərəm. Əfqanıstandakı vəziyyəti nəzərdə tuturam. Təəssüf ki, orada vəziyyət mürəkkəb və gözlənilməz olaraq qalır", - Qırğızıstan Prezidenti qeyd edib.
O, Əfqanıstanla bağlı məsələlərdə region ölkələrini əməkdaşlığa çağırıb. Prezident su mənbələrinin səmərəli şəkildə birgə istifadəsi barədə də danışıb.
“Biz Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan arasında Narın-Sırdərya çayının su və enerji ehtiyatlarının istifadəsi haqqında Saziş çərçivəsində əməkdaşlığın yenilənməsi və təkmilləşdirilməsinin tərəfdarıyıq ki, bu da su və enerjinin balanslaşdırılmış mübadiləsini nəzərdə tutur. Qırğızıstan həmçinin Mərkəzi Asiya ölkələrinin enerji təminatının və təhlükəsizliyinin artırılması məqsədilə hidroenergetika sektorunda əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”, - Sadır Japarov vurğulayıb.
“Azadlıq Radiosu”nun Qırğızıstan bürosu rəsmi mənbələrə istinadən yazıb ki, Tacikistan və Türkmənistan Çolpon-Atada keçirilən sammitdə yeni Orta Asiya dostluq və əməkdaşlıq sazişini imzalamaqdan imtina edib. Sazişi yalnız Qırğızıstan, Qazaxıstan və Özbəkistan imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir