Xəbər lenti
Emin Əmrullayev Böyük Britaniyada səfərdədir
2022-07-26 14:00:03
183 baxış
Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın ən böyük biznes şəbəkəsi olan "British Expertise" təşkilatında təhsillə bağlı ən müasir texnoloji xidmətlər təqdim edən təhsil qurumlarının nümayəndələri ilə görüşüb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı təhsil naziri hazırda ölkəmizdə təhsil sistemində həyata keçirilən innovasiya və texnologiya üzrə islahatlarla bağlı məlumat verib, gələcəkdə bu islahatların daha da genişlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin 44 günlük Vətən müharibəsindən, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri və xüsusilə də yaranmış imkanlar müzakirə edilib.
İyulun 20-də isə Emin Əmrullayev Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun təşkilatçılığı əsasında dünyanın və Böyük Britaniyanın Vorvik (University of Warwick), Nyukasl (Newcastle University), Durham (Durham University), Lester (University of Leicester) və s. kimi nüfuzlu universitetlərinin rəhbərləri və nümayəndələri ilə görüşüb.
Görüş zamanı nazir hazırda ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verib.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir