Xəbər lenti
ABŞ MKİ-nin direktoru: “Çin Tayvanı nəzarətə götürməkdə qərarlıdır”
2022-07-26 03:30:03
136 baxış
“Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvanı nəzarətə götürməkdə qərarlıdır, lakin hərəkətə keçməzdən əvvəl Rusiyanın Ukraynadakı müharibəsindən dərslər öyrənir”.
APA xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin (CIA) direktoru Uilyam Börns Təhlükəsizlik Forumunda deyib.
“On illər keçdikcə bunun riskləri, bizə elə gəlir ki, daha da artır. Si Cinpinin Çinin Tayvan üzərində nəzarəti təmin etmək əzmini gözardı etməzdim”, - o əlavə edib.
Onun sözlərinə görə, Çin Ukraynada baş verənlərdən sonra o nəticəyə gəlib ki, əzici qüvvə ilə tez, qəti qələbələr əldə etmək mümkünsüzdür.
“Güman edirəm ki, Çin rəhbərliyinin və ordusunun çıxardığı dərs odur ki, əgər gələcəkdə bunu düşünmək istəsəniz, böyük güc toplamalısınız. Çin həm də yəqin ki, informasiya məkanına nəzarət etməli və iqtisadiyyatını sanksiyalar potensialına qarşı gücləndirmək üçün əlindən gələni etməli olduğunu öyrənib”, - MKİ direktoru qeyd edib.
Börns Çinin Rusiyaya hərbi dəstək verib-verməməsi ilə bağlı bildirib ki, ABŞ Pekinin ritorik ifadələrinə baxmayaraq, Rusiyaya hərbi dəstək təklif etdiyinə inanmır.
Onun sözlərinə görə, Çin Rusiyadan enerji alışını artırıb, lakin Qərbin sanksiyalarına məruz qalmamaq üçün ehtiyatlı davranır.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir