FHN: Jurnalistlər binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB 1 - VİDEO
Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən APA-ya məlumat verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** Saat 20:16 Jurnalistlər binasında başlayan yanğın söndürülüb. APA xəbər verir ki, yanğın binanın 13-cü mərtəbəsindəki mənzillərindən birində quraşdırılan kombidən başlayıb. Hadisə tanınmış aparıcı Səbuhi Yusifliyə məxsus mənzildə baş verib. *** Saat 19:58 Jurnalistlər binasında yanğın başlayıb. APA xəbər verir ki, yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.