Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Bəhruz Məhərrəmov: “Avropa Parlamenti özünü Ermənistan Parlamenti kimi aparmamalıdır”

2022-07-24 08:30:03 1494 baxış
Xəbər şəkil

“Prezident İlham Əliyevin ötən gün Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul edərkən giriş nitqi Avroparlament üçün sözün əsl mənasında gözlənilməz dərs oldu”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Bəhruz Məhərrəmov bildirib ki, Prezidentin də dediyi kimi, təşkilat nümayəndələri ilə sonuncu dəfə beş il əvvəl görüşsə də, bu müddət ərzində Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə hansısa irəliləyiş olmayıb, əksinə, Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin və qərəzli mövqe sərgiləyib: “Dövlət başçısı da məhz bu mənada obrazlı olaraq qeyd etdi ki, bu qərəzli qətnamələri sanki Avropa yox, Ermənistan Parlamenti qəbul edir. Reallıqda da həqiqətən, Azərbaycanda qoca qitə ilə istər institutsional, istərsə də ikitərəfli münasibətlərdə nəinki problem yoxdur, əksinə, hətta, Avropa İttifaqı və Azərbaycan arasında çox yüksək səviyyəli əlaqələr mövcuddur. Elə ötən gün Avropa Komissiyasının Prezidentinin Azərbaycana çox uğurlu bir səfəri baş tutdu. Von der Leyen Azərbaycanı etibarlı tərəfdaş kimi səciyyələndirdi və tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandı. Yəni Avropa İttifaqı İlham Əliyevin şəxsini və Azərbaycanı qitənin enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edir. Eyni zamanda Avropa İttifaqı Şurası Azərbaycana bölgədə sülh və sabitliyin qarantı kimi yanaşır və şəxsən Prezident Şarl Mişel Azərbaycan Prezidentinin yaratdığı yeni reallığın şərtləri daxilində sülh və sabitliyin bərqərar olması, Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olmaq istiqamətində ciddi səylər göstərir. Üstəlik, Şarl Mişelin səyləri ilə həyata keçirilən Brüssel prosesi 30 il ərzində təcrübədə tətbiq olunan diplomatik prosesləri içində hələ ki, ən effektiv olanı təsiri bağışlamaqdadır. Amma təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqı Şurası və Avropa Komissiyasından fərqli olaraq İttifaq mənafeləri və ilk növbədə Avropa xalqlarının maraqlarını heçə sayaraq tamamilə əks qütbə çəkilib qərəz, kin və nifrət yuvasına çevrilməyi üstün tutub. Təsəvvür edin, Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen Bakıda mətbuata bəyanat verir ki, Azərbaycanda minalardan təmizləmə sahəsində ən böyük donoruq, Avropa Parlamentindən bir nəfər özünə sual vermir ki, Azərbaycanın ərazisində bu qədər minanı kim basdırıb? Demirlər, çünki əks halda müdafiə etdikləri Ermənistanı terror dövləti kimi, beynəlxalq humanitar hüququn kobud pozucusu kimi tanımalı olacaqlar”. Deputat nəzərə çatdırıb ki, Avropa İttifaqı və Avropa Komissiyasının Azərbaycanla çox effektiv münasibətləri fonunda Avropa Parlamentinin özünü təcavüzkar Ermənistanın Parlamenti kimi aparması bütövlükdə Avropa məkanı üçün təhdiddir: “Prezident İlham Əliyevin də məhz bu detalları Avropa Parlamentinin nümayəndələrinə birbaşa və açıq şəkildə, həm də ictimai formada bəyan etməsi, avroparlamentariləri fakt qarşısında qoyaraq nə qədər haqsız durumda olduqları reallığını ortaya çıxardı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qəbulunda dövlət başçımızın sərt tənqidindən sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister qeyd etməli oldu ki, Bakıya gəlişləri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Gördüyünüz kimi, nümayəndə heyəti təmsil etdiyi Avropa Parlamentinin qərəzli mövqeyini anlayaraq öz qurumunun ayrıca adını çəkmir. Bu, eyni zamanda həm də Avropa Parlamentinin Xarici əlaqələr komitəsindən bir etiraf kimi qiymətləndirilməlidir. Yəni Avropa məkanı ilə Azərbaycan münasibətləri üçün daha vacib olan platforma Avropa Parlamenti yox, məhz bütövlükdə Avropa İttifaqıdır. Azərbaycanla Avropa İttifaqı arasında isə yüksələn xətt üzrə inkişaf edən siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu aspektdə Avropa Parlamenti Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında problemə çevrilməməlidir, əksinə, bu münasibətlərin inkişafına töhfə verməlidir. Avropa Parlamenti özünü Ermənistan Parlamenti kimi aparmamalıdır”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04