Prokurorluğun bəraət almış şəxslə bağlı protesti təmin edilib
Prokurorluğun 16 yaşına çatmayan qızla cinsi münasibətdə olmaqda təqsirləndirilən şəxslə bağlı verdiyi protesti təmin edilib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib Həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib. Gəncə Apellyasiya məhkəməsinin 20.07.2022-ci il tarixli hökmü ilə protest təmin edilmiş, sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dərhal məhkəmə zalında həbs edilib.