Xəbər lenti
Yevlax sakinindən 78 kq narkotik maddə götürülüb - VİDEO
2022-07-23 20:03:15
212 baxış
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha bir nəfər saxlanılıb.
DİN-dən APA-ya verilən xəbərə görə, nəticədə qanunsuz dövriyyədən 78 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Belə ki, Baş İdarəyə Yevlax rayon sakini Seymur Hüseynovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan biri olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb. Onun qanunsuz əməlləri və xarici ölkələrdə yaşayan narkotacirlərlə əlaqələri əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib. Həmin şəxs qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni həmin narkotacirin göstərişi ilə Füzuli rayonunun, Araz Dilağarda kəndi ərazisində qəbul edib Yevlaxa gətirən zaman Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb.
Seymur Hüseynovun üzərinə, həmçinin idarə etdiyi “Lifan” markalı avtomobilə baxış zamanı ümumilikdə 78 kiloqram, o cümlədən 47 kiloqram heroin, 26 kiloqram marixuana, 4 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 500 ədəd psixotrop tərkibli satışı qardağan edilən metadon həbi aşkar edilib.
Aparılan araşdırmalarla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Seymur Hüseynovun Birinci Qarabağ müharibəsi əlili olduğu, narkotiklərin daşınmasında istifadə etdiyi avtomobilin isə ona dövlət tərəfindən verildiyi müəyyən edilib.
Qeyd edək ki, həmin şəxs saxlanılan zaman polis əməkdaşlarından yayınmağa çalışıb və ehtiyatsızlıqdan idarəetməni itirərək qəza törədib.
Qəza zamanı sürücü hər hansı bir xəsarət almayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Seymur Hüseynovun xaric və ölkə daxilindəki cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Yevlaxda narkotacir polisə xəsarət yetirib
Maştağa sakini qardaşının evinə qumbara atıb - VİDEO
Azərbaycana gələn Maldiv vətəndaşında heroin aşkarlanıb
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir