Xəbər lenti
Azərbaycan və Vyetnam XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
2022-07-23 01:30:03
143 baxış
Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 19 iyul 2022-ci il tarixində Vyetnamın xarici işlər naziri Bui Thanh Son ilə görüşü keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri, hazırkı vəziyyəti və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Vyetnam Sosialist Respublikasının qurucusu Ho Çi Minin vaxtilə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin Vyetnama etdiyi tarixi səfərləri xatırlanıb, bu münasibətlərin müasir zamanda da müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi qeyd olunub. Azərbaycan-Vyetnam arasında aparılan siyasi dialoqun yüksək səviyyədə qorunub saxlanılmasının, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, parlamentlərarası və iki ölkənin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycan və Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş əsnasında Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman dəstək verdiyinə görə Vyetnam tərəfinə təşəkkür ifadə edib.
Daha sonra Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Ha Kim Ngocun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialı müzakirə edib. Həmçinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr zamanı regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsindəki qarşılıqlı dəstəyin göstərilməsi məmnunluqla qeyd olunub.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnamın Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrinin qurulmasının 30 illiyi: əlaqələrin tarixi və gələcək perspektivləri” adlı konfransda fəxri qonaq qismində iştirak edərək çıxış edib.
Çıxışında Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrinin tarixinə və inkişafına nəzər salıb, Azərbaycanın Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı aparılan müzakirələr zamanı beynəlxalq hüquqa əsaslanan Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Vyetnam tərəfinə təşəkkürünü ifadə edib. Daha sonra nazir müavini konfrans iştirakçılarına Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda açılan imkanlardan, azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurulma işləri, enerji və nəqliyyat sahəsində həyata keçirilən iri-miqyaslı layihələr, habelə beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında fəaliyyəti barədə məlumat təqdim edib.
Həmçinin, tədbir zamanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə ADA Universiteti və Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bununla yanaşı, səfər çərçivəsində Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının və Vyetnam Milli Assambleyasında fəaliyyət göstərən Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərləri ilə görüş həyata keçirilib.
Nazir müavini Elnur Məmmədov Vyetnamın aparıcı Kütləvi İnformasiya Agentliklərinin nümayəndələri ilə təşkil olunmuş mətbuat konfransı zamanı Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirləri ilə bölüşmüş, media nümayəndələrinin ölkəmiz haqqında çoxsaylı suallarını cavablandırıb.
Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri Bakıda üçtərəfli iclas keçirəcək
Lavrovun müavini Bakıda məsləhətləşmələr aparıb - YENİLƏNİB
YAP və Çin Kommunist Partiyası arasında videoformatda görüş keçirilib
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir