Xəbər lenti
Smartfon istifadəçilərinə yeni zərərverici proqram barədə xəbərdarlıq edilib
2022-07-22 22:00:03
136 baxış
“Android” platformasında mövcud olan və 3 milyondan çox istifadəçinin yüklədiyi bəzi tətbiqlərdə “Autolycos” adlı yeni zərərverici proqram aşkarlanıb.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, bu proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir.
Qeyd edək ki, həmin tətbiqlər cihazda quraşdırıldıqdan sonra SMS məzmununu oxumaq üçün də icazə istənilir. “Autolycos” adlı yeni zərərverici proqramın hazırda mövcud olduğu tətbiqlər aşağıdakılardır:
– “Funny Camera”
– “Razer Keyboard & Theme”
– “Vlog Star Video Editor”
– “Creative 3D Launcher”
– “Wow Beauty Camera”
– “Gif Emoji Keyboard”
– “Freeglow Camera 1.0.0”
– “Coco Camera v1.1”
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə bu tipli zərərverici proqramlardan qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
– Qurğularınızda yuxarıda adları sadalanan tətbiqlər mövcuddursa, onları vaxt itirmədən silin.
– Tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləyin.
– “Android” əməliyyat sistemi ilə işləyən qurğularınızda arxa fonda internet istifadəsi və batareya sərfiyyatı çox olan tətbiqlərə şübhə ilə yanaşın və istifadə etmədiyiniz tətbiqləri qurğularınızdan silin.
– Qurğularınızda təhlükəsizlik yenilənmələrini quraşdırın və antivirus həllərindən istifadə edin.
“Bank BTB”nin xalis zərəri 5 milyon manatı ötüb
Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır, ilkin nəticələr məlumdur - EKSKLÜZİV
“Rabita Mobile”la 1 kliklə 30 000 AZN-dək kredit sifariş etmək mümkün olacaq - FOTO
Rahim Tarıverdiyev
Android
Autolycos
Elektron Təhlükəsizlik Xidməti
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir