Xəbər lenti
Stoltenberq Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib
2022-07-21 19:00:04
64 baxış
19 iyul 2022-ci il tarixində Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri cənab Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında görüş keçirib.
XİN-dən APA-ya verilən məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.
Nazir, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib. Bu kontekstdə azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa / quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb. Eyni zamanda, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərşivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb.
NATO Baş katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katib, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb.
Avropada Aİ, NATO və BMT qurumları ilə Azərbaycanda mina probleminə dair görüşlər keçirilib
Vüqar İskəndərov: “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”
Yeni yaradılan Milli Müdafiə Universiteti ilə əlaqədar qərarlara dəyişiklik edilib
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir