Ceyhun Bayramov Borrelli Mirzoyanla görüşü barədə məlumatlandırıb
Biz Cənubi Qafqazda sülhü, inkişafı və çiçəklənməni təşviq edən, buna şərait yaradan bütün səyləri dəstəkləyirik.
Kanal4.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.
“Ötən həftə Tbilisidə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan görüşü təqdir edirəm. Cənab Ceyhun Bayramova bu görüşlə bağlı məni məlumatlandırdığı üçün təşəkkür edirəm. Aİ regionda normallaşmanı və sülh istiqamətində səyləri dəstəkləməyə hazırdır. Aİ fikir ayrılıqları üzərində körpünün qurulmasına kömək etmək üçün çalışır və biz bu istiqamətdə fəal işləyirik”, - Borrell qeyd edib. Von der Leyen: Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzərində işi tezliklə tamamlayacağıq Fərid Şəfiyev Ermənistanın qüvvələrini Qarabağdan çıxarmasına münasibət bildirib Azərbaycanlı gənclər erməni həmyaşıdları ilə görüşün gərgin keçmədiyini bildirib - FOTO Zümrüd Paşkin