Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Əflatun Amaşov: “Vurğu intihara yox, motivin üzərinə qoyulmalıdır”

2022-07-20 18:30:03 1885 baxış
Xəbər şəkil

“Nə qədər demək olar ki, intihar halları cəmiyyətə təqdim edilərkən mütləq qaydada konkret hadisənin ictimai motivinin olub-olmadığı araşdırılmalıdır? Tam mümkündür ki, kiminsə intiharı cəmiyyətin maraq və mənafelərindən irəli gələn problemlə əlaqədar olub”. APA xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O deyib ki, ola bilər ki, intihar hansısa vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadəsinin məntiqi sonluğu kimi meydana çıxsın: “Yaxud da intihar faktının araşdırılması cəmiyyətin tamamilə yanlış yönləndirildiyi reallığını ortaya qoysun. Media bütün bunlara öncədən diqqət yetirilməli və vurğu da intiharın özü yox, həmin motivin üzərinə qoyulmalıdır. Yəni jurnalistikanın işi bu olmalıdır. Bizdə isə məsələyə tam fərqli münasibət göstərilir. Əvvəl intiharın özü mümkün qədər səs-küylü boyalarla təqdim olunur, sonra daha çox telekanalların timsalında hadisəyə guya ictimailik gətirilir. Əslində isə tam əksər hallara məişət müstəvisindəki olay cəmiyyətə ictimai mahiyyət daşıyan məsələ kimi sırıdılır. Nəticə etibarilə özünə qəsd bir növ təbliğ olunur, ona maraq oyadılır, elə təəssürat yaranır ki, insanın düşdüyü çətin durumdan xilasının yeganə yolu elə odur. Belə çıxır ki, media intiharların sayının artmasına çalışır (?)”. MŞ sədri qeyd edib ki, ümumən intiharlar və media mövzusu illərdir müzakirə olunur: “Hər dəfə də bildirilir ki, intihar halları tarixin bütün dövrlərində olub. Yaxşı yadımdadır, yazılarımın birində qədim antik mədəniyyəti xalqlarının intiharlara qarşı həyata keçirdikləri sərt tədbirlərdən söz açmışdım. Həmçinin müasir dövrümüzdə intiharların ən çox Skandinaviya ölkələrində qeydə alındığını bildirmişdim. O ölkələrdə ki, onlarda həyat şəraiti kifayət qədər yüksəkdir. Yəni bütün bunları diqqətə çatdırmaq intiharların ictimai, psixoloji, mənəvi və sosial motivlərinə həssas yanaşmaq ehtiyacının əslində zərurət olduğunu vurğulamaq məqsədi daşımışdı. Amma görünən budur ki, media bu həssaslığı nəzərə almaqdan hələ də uzaqdır. Bəli, son dövrlər kütləvi informasiya vasitələrində intihar hallarının yayılmasında dinamiklik hiss olunur. Bu mənzərə isə illərdir söylədiklərimizin müəyyən mənada puça çevrildiyini göstərir. Məyusam, özü də çox. Axı, tez-tez deyirik ki, media zövqlü auditoriya, tamaşaçı baxışı yaradır, ictimai rəyi yönləndirir. Ancaq müşahidə edirik ki, medianın formalaşdırdığı auditoriya nəyin ictimai əhəmiyyət daşıdığını anlamayacaq dərəcədə kordur. Baxın, televiziyada veriliş gedir, ölkədə az-çox tanınan adamlar yığılıblar, auditoriya onları nüfuz sahibi kimi tanıyır, qəbul edir və bu adamlar ilk baxışdan heç bir məzmunu olmayan hadisəni müakirəyə çıxarırlar, fikir bildirirlər, hərdən əsəbləşib özlərindən çıxırlar. Sizcə, mövcud durumda media necə bir tamaşaçı formalaşdırdı? Ad tapa bilmirəm. Amma təkrarlayım ki, o tamaşaçı intiharı sıradan məsələ kimi qəbul edəcək və adi bir çətinlikdən çıxış yolunu onda görəcək. Bu, kimə lazımdır? Onu da həmişə bildirmişik ki, dövlət qurumlarının cəmiyyətə məlumat verilməsinə məsul struktur bölmələri də neqativ, insanları ruhdan salmaq ehtimalı böyük olan məsələlərə informasiya dəyəri qazandıraraq onu mediaya çatdırmaqdan uzaq dayanmalıdırlar. Yəni hansısa hadisənin ictimailik dərəcəsini, onun insanlara ziyanını əvvəlcə informasiya mənbələri düşünməlidirlər”. Əflatun Amaşov vurğulayıb ki, bu kimi məsələlərdə jurnalistlərlə onlar arasında bir növ konsensus olmalıdır: “Mümkündür ki, hər iki tərəf konkret məsələ ətrafında müzakirə apararaq onun cəmiyyətə çatdırılmasının nə dərəcədə mümkün olub-olmadığını dəqiqləşdirsin. Başqa sözlə, elə bir iş mühiti yaransın ki, informasiya mənbəyinin konkret hadisə barədə təfərrüatları cəmiyyətə çatdırmaq istəməməsi media tərəfindən məlumat verməkdən boyun qaçırmaq kimi dəyərləndirilməsin. Yeri gəlmişkən, zaman-zaman hansısa hadisənin cəmiyyətə çatdırılmamasına söz azadlığı prizmasından yanaşmış, mövcud xüsusda intiharların da üzərinə gəlmişik. Əlbəttə, cəmiyyətdə söz azadlığı qorunmalıdır və jurnalistika bu azadlığın bir növ katalizatoru rolunda çıxış etməlidir. Amma sual yaranır: intiharların və bu kimi neqativ ovqat yaradan hadisələrin, eləcə də onların tükürpədici təfərrüatlarının insanlara çatdırılması söz azadlığıdır, yoxsa, söz azadlığından sui-istifadə? Axı ola bilməz ki, KİV cəmiyyəti neqativə kökləməkdə azadlıq tapsın. Söhbət yalnız ölkəmizdən getmir, bütün dünyada belədir. Media cəmiyyətdə konfrantasiyaların dərinləşməsində maraqlı tərəf kimi çıxış etməməlidir, yaranmış hər hansı gərginliyin aradan qaldırılması üçün ortaq mənafelər tapmalıdır, uzlaşdırıcı mövqe tutmalıdır. Təbii ki, bunu problemlərə soyuq yanaşmaqla həyata keçirməlidir, emosiyalara qapılmamalıdır. Təəssüf ki, bu sadaladıqlarım böyük ölçüdə nəzərə çarpmır. Adi bir müşahidəmi bölüşmək istərdim. İntihar edən şəxsin-qazinin, yaxud şəhidin dəfnindən çəkilişlər gözümə dəyir. Yaxın qohumları, xüsusən də qadınlar dünyasını dəyişmiş şəxsin tabutunun üzərinə yıxılıb ah-nalə çəkirlər. Həqiqətən ağır mənzərədir. Ancaq dünyadan köçmüş insan üçün ağrı-acı ifadəsi mahiyyət etibarilə eyni təbiətdə olur. Dünyasını vaxtsız dəyişən ədiblər, yazıçılar və digər ictimai şəxslər də görmüşük. Media bir qayda olaraq onların dəfnindən, vida mərasimlərindən reportajlar hazırlayarkən ağrılı səhnələri yayımlamır. Hər halda mən belə hallarla rastlaşmamışam. Söhbət sırf belə demək mümkünsə, dəhşət mənzərəsinin təqdimatından gedir. Amma reportajlara, çəkilişlərə baxırıq ki, şəhidin, yaxud intihar edən şəxsin dəfnində dəhşət yaşanır. Heç düşünən olub ki, doğmasının tabutu, nəşi üstündə ah-nalə çəkən şəxs emosional durumu düzələndən sonra mediada, sosial şəbəkələrdə özünü görəcək və yenidən sarsıntı yaşayacaq? Özü də bu dəfə vaxtilə yaşadığı sarsıntını hamının gördüyünü düşünərək üzüləcək. Axı, sevinc hissi kimi dərd və acı da fərdidir. Bunu nəzərə almaq çoxmu çətindir? Görünür çətindir...” Mətbuat Şurasının sədri deyib ki, ayrı-ayrı şəxslərin ölümü ilə yaşanan ağrı-acının ifadəsi mahiyyət etibarilə oxşardır, bütün hallarda tükürpədicilik, dəhşət var: “Necə olur ki, jurnalist sırf bu baxımdan tutalım yazıçı ilə şəhid arasında fərq qoyur? Bəlkə jurnalistlər öz aləmlərində dəyər verirlər, həssas yanaşdıqlarını vurğulamaq istəyirlər? Belə deyil. Çünki jurnalistin silahı sözdür. O, güldürəndə də, ağladanda da, düşüncələrə qərq edəndə də, hətta hönkürtüyə salanda, qəhərə boğanda da bunu sözlə etməlidir. Axı biz vaxtilə jurnalistlərimizin dəfn və hüzr mərasimlərindən hazırladıqları təsirli materialları çox görmüşük. Heç biri barədə deməmişik ki, bu, insanlarda mənfi ovqat yaradır, neqativə kökləyir və s. Nəyə görə deməmişik? Çünki o materiallarda peşəkarlıq öndə gəlib. Bəli, peşəkarlıq, peşəkarlıq və yenə də peşəkarlıq. Əslində biz media müstəvisindəki istənilən mənfi tendensiyanı məhz peşəkarlıq müstəvisində müzakirəyə çıxarmalıyıq. Peşəkarlıqda bütün məqamlar cəmləşib. Çox həssas durumlar var ki, onların aradan qaldırılmasında media, jurnalist məhz peşənin diktəsinə əsaslanmalıdır. Mən də əsaslanıram və ümid edirəm. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda sözün əsl mənasında peşəkar media mühiti formalaşacaq. Ona da ümid edirəm ki, bu mühitdə təsadüfi şəxslərə, həvəskarlara meydan tanınmayacaq”. BDU-nun müəllimi vəfat edib - VİDEO Audiovizual Şura sədri telekanal rəhbərləri ilə problemləri müzakirə edib Media nümayəndələri üçün vergi sistemi mövzusunda təlim keçirilib APA

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04