Britaniyada temperatur rekord dərəcəyə yükləsib
Britaniyada ilk dəfə olaraq 40° C-dən yuxarı temperatur qeydə alınıb. APA-nın Britaniya bürosunun xəbərinə görə, bu gün günorta saatlarında Londonda havanın temperaturu 40,2° C olub. Bundan əvvəlki rekord 2019-cu ilin iyulunda Kembricdə, 38,7° dərəcə qeydə alınıb. Sinoptiklər bildirib ki, bu, müvəqqəti rekorddur və temperatur hələ də yüksəlir. Onlar temperaturun 42° dərəcəyə çata biləcəyini vurğulayıblar. Bu da insanların sağlamlığına ciddi təsir göstərə bilər. Qatar yolları və ictimai nəqliyyatdan lazım olmadığı müddətcə istifadə etməmək məsləhət görülüb. Türkiyədə “Qarabağ parkı” açılacaq Stoltenberq NATO-nun yeni strateji konsepsiyasından danışıb "Dronların Ordusu" layihəsi: Ukrayna ilk Amerika "quşu"nu aldı Aytən Abbaslı Britaniya temperatur London dərəcə isti