Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Mediasiya Şurasında Daxili Audit Komitəsi yaradılacaq

2022-07-20 00:52:20 59 baxış
Xəbər şəkil

Mediasiya Şurasında Daxili Audit Komitəsi yaradılacaq.

Şuranın İdarə Heyətinin sədri Nadir Adilovun e-huquq.az-a verdiyi məlumata görə, Komitənin yaradılmasında əsas məqsəd qeyri-kommersiya statuslu peşə birliyi olan Mediasiya Şurasında beynəlxalq təcrübəyə əsaslanan təcrübənin tətbiq edilməsi yolu ilə şəffaflığın təmin edilməsidir.

"Artıq ölkəmizdə mediasiya praktikası, demək olar ki, hər gün təkmilləşir və istər mediasiya təşkilatlarının, istərsə də mediatorların mediasiya xidmətlərinin göstərilməsi sahəsində bilik və bacarıqları atrır. Mediasiya Şurasının idarəetmə sahəsindəki inzibatçılığı da formalaşıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin tətbiq edilməsi barədə Qərarın mediatorlar və mediasiya təşkilatları tərəfindən şəffaf tətbiqinə nəzərəti həyata keçirmək Daxili Audit Komitəsinin əsas vəziflərindən biri olacaq", - deyə o qeyd edib.

N.Adilov bildirib son dövrlərdə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində bir çox nailiyyətlərə imza atılıb: "Sevindirici haldır ki, istər mediasiya təşkilatları, istərsə də mediatorlar qeyri-kommersiya fəaliyyəti olan bu peşə sahəsinin tələblərindən irəli gələn öhdəliklərini çox gözəl başa düşürlər. Bizim sıralarımızda artıq kifayət qədər professional və uğurlu mediasiya təşkilatları və mediatorlar var. Əlbəttə ki, təcrübə təkmilləşdikcə ortaya çıxan zəruri tələblər dövlətimizdə aparılan mütərəqqi islahatların çağırışlarına cavab vermək əsnasında inkişaf etdirilir”.

İdarə Heyətinin sədri deyib ki, mediasiya xərclərinin rəsmi, nağdsız formada mediasiya təşkilatlarının və ya mediatorların bank hesabalarına daxil olması, xərclər barədə hesabatlılığın təmin edilməsi ölkəmizdə aparılan islahatlar çərçivəsində çox zəruridir. Eyni zamanda, mediasiya təşkilatları və mediatorlar arasında münasibətləri tənzimləyən mülki müqavilənin vahid formasının tətbiqindən sonra da, mediasiya təşkialtları və mediatorlar arasında maliyyə ödənişləri üzrə məsələlərin qanunvericliyin tələblərinə uyğun tənzimlənməsi əsas prioritetlərdəndir: “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydası”nın düzgün icra edilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir və Komitə tərəfindən bu məsələlərə ciddi nəzarət ediləcək. Mediatorların, mediasiya təşkilatlarının Mediasiya Şurasına aylıq üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi, habelə gələcəkdə mediasiya təşkilatlarının korporativ və mediasiya xidməti göstərilməsi barədə müqavilələrindən irəli gələn maliyyə öhdəliklərinin də düzgün icrası, mediasiya təşkilatlarının, mediatorların dövlət büdcəsinə ödəlikləri vergilər, sosial sığorta haqları və eyni zamanda digər ödənişlərin intizamlı qaydada və davamlı ödənilməsinin təmin edilməsinə nəzarət də Komitənin əsas işlərindən biri olacaq”.

N.Adilov qeyd edib ki, Daxili Audit Komitəsi Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə formalaşdırlacaq və Komitə üzvləri təyin edildikdən sonra əsasnaməsi hazırlanaraq qəbul ediləcək: "Mediasiya Şurasının Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən qurumun vəzifələrindən biri “mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək”dir. Nizmanamənin 3.1.6-cı bəndinə əsasən Mediasiya Şurasının yuxarıda qeyd olunan vəzifəni həyata keçirmək üçün “mediasiya xidmətləri və mediasiya təlimlərinin keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsi üçün mediator, mediasiya təşkilatı və mediasiya təlimi qurumu tərəfindən müəyyən hesabatlılıq və digər nəzarət mexanizmləri yaratmaq” hüququ var. Daxili Audit Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də mediasiya təşkilatlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, Mediasiya Şurasının İdarə Heyətinin qərarı əsasında mediasiya təşkilatlarında monitorinqlərin aparılması olacaq. Şurada idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Korporativ Sosial Məsuliyyət Komitəsinin də yaradılması nəzərdə tutulur ki, o, mediatorların maraqlarının qorunmasında, onların sosial qayğılarının həll olunmasında mühüm rol oynayacaq".

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04