Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - FOTO - VİDEO
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.
Kanal4.ax APA -ya istinadən xəbər verir ki Brüsseldə keçirilən iclasa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell sədrlik edir. Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektorial əməkdaşlığı, Şərq Tərəfdaşlığını, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin vəziyyəti və növbəti addımlarını müzakirə edir. Əməkdaşlıq Şurası həmçinin siyasi məsələlər, regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq. Rusiya XİN: Üçtərəfli İşçi Qrup bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırıb QH Parlament Şəbəkəsində Fələstin Komitəsinin yaradılması təklif olunub Azərbaycanla Rusiya arasında beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş imzalanıb