Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Deputat: “Məmurlar kondisionerli otaqda işlə məşğul olarkən, qazilərimiz Vətən uğrunda canlarını fəda ediblər”

2022-07-15 16:03:01 97 baxış
Xəbər şəkil

“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşının sosial rifahı və təhlükəsizlik məsələləri dayanır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələlərə çox böyük diqqət və qayğı göstərirlər. Həssas kateqoriyadan olan vətəndaşlarımıza, ilk növbədə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı daha böyükdür. Təsadüfi deyil ki, indiyə qədər, təxminən, 13 minə yaxın şəhid ailəsi, qazimiz ev və mənzillə, 7400-dən çox qazimiz avtomobillə təmin olunub. Əlilliyi olan və əzalarını itirən qazilərimizin çoxunun yüksək texnologiyalı protezlərlə təminatı həyat keçirilib. Buna baxmayaraq, son zamanlar ayrı-ayrı hallarda qazilərin narazılıq etmələrinin, hətta bəzən intihara əl atmalarının da şahidi oluruq. Burda bir qədər təzad, ziddiyyət əmələ gəlir. Bir tərəfdən dövlət rəhbərliyi səviyyəsində bu insanlara ən yüksək diqqət və qayğı göstərilir, digər tərəfdən də anlaşılmaz məsələlər baş verir. Niyə qazi öz həyatına sui-qəsd etsin? Bu sualın cavabını axtararkən məsuliyyət gəlir çıxır yerlərdəki məmurların üzərinə. Görünür, bəzi cavabdeh məmurlar vəzifə borclarını layiqli və ləyaqətli şəkildə həyata keçirə bilmirlər. Bu da qazilərimiz arasında süni narazılığa səbəb olur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Prezident ayrı-ayrı məmurlara, xüsusilə icra başçılarına böyük etimad göstərərək onları vəzifəyə təyin edib: “Təyin edərkən cənab Prezidentin əsas tələbi bu oldu ki, gedin xalqa ləyaqətlə xidmət edin, kabinetlərdə oturub vaxt keçirməyin, xalqın içində olun, problemlərini öyrənin, araşdırın, həll edin. Cənab Prezident “xalqın içində olun” deməklə bu xüsusda qeyd edir ki, şəhid ailələrinə, qazilərimizə çox böyük diqqət göstərilsin. Onlar növbədənkənar qəbul edilməli, problemləri həllini tapmalıdır. Görünür, bir çox hallarda məmurlar onlara göstərilən etimadı layiqincə doğrulda bilmirlər, vəzifədən başları gicəllənir. Qazi niyə həyatına qəsd etməlidir? Deməli, onun problemi yerindəcə araşdırılmalı, həlli istiqamətində addımlar atılmalıdır. Nəzərə almalıyıq ki, qazilərimizin səhhətində ciddi problemlər var, bu səbəbdən məsələ uzandıqca onların səbirləri, təmkinləri yerində olmaya bilər. Məmur döyüş zamanı kontuziya almış bir qazinin əsəbi ilə oynayacaqsa, onda istənilən hal baş verə bilər. Məmur düşünməməlidir ki, müharibədən gəlmiş və bütün dəhşətləri yaşamış insanın əsəbləri, sinir sistemi məmurda olduğu kimidir. Bəs niyə onlara həssas kateqoriya deyirlər? Ona görə ki, qazinin sağlamlıq durumu qarşısındakı məmur kimi deyil. Məmur kabinetində oturub kondisionerli otaqda, əlində pult öz işi ilə məşğul olarkən, qazilərimiz gedib Vətən uğrunda canlarını fəda ediblər, əzalarını itiriblər, nə qədər oğullar şəhidlik zirvəsinə yüksəlib. Bu məsələlərə son dərəcə ciddi yanaşılmalıdır. O məmurlar ki üzərilərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmirlər, onlar vəzifədən uzaqlaşdırılmalıdırlar Bunun dəfələrlə şahidi olmuşuq. Cənab Prezident onlara qarşı ən sərt tədbirlərə əl atıb, neçə icra başçısı həbs edilib. Bundan digərləri nəticə çıxarmalıdır. Eyni, oxşar tale onların da başına gələ bilər…”

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04