Bayramınız mübarək.Kəsdiyiniz qurbanları Allah qəbul eləsin.
Bayramınız mübarək.Kəsdiyiniz qurbanları Allah qəbul eləsin.Uca Yaradan mənim kimi bəndələrinin də ah-naləsini,dualarını qəbul eləsin.145 AZN halal qonorarımı üç ildir verməyən dördrəqəmli qonorar sahibi-AZTV rəhbəri Rövşən Məmmədova insaf versin.Üç il ərzində baş vermiş bahalaşmanı nəzərə alsaq,indi o pulun miqdarı artıb,bazardan orta çəkidə bir qoyun almağa imkan verər.Heç olmasa 145 manatımı versəydi,yarım şaqqa quzu ala bilərdim.Hərdən bu xülyamın həyata keçəcəyinə özümü inandırmaq həddinə gəlirəm.Ancaq keçmiş iş yerim-AZTV-dən gələn sədalara qulaq verəndə bütün ümidlərim alt-üst olur.Məlum olur ki,Rövşən müəllim yenə də öz adət-ənənəsinə sadiq qalaraq bayram ərəfəsində əməkdaşları sevindirmək əvəzinə onların pullarını kəsib-doğrayıb.Bir neçə ay bu əməlinə ara verən R.Məmmədov may ayından başlayaraq yenidən maliyyə qılıncını əlinə alıb.Əlaqədar təşkilatlar da sanki necə deyərlər,görməzdən gəlirlər.Keçən il Hesablama Palatası yoxlama apardı,amma tam hesabatı ictimaiyyətə təqdim etmədi.Bu yoxlama AZTV-dən gedən gündən əməkdaşların qonorarları vaxtaşırı azaldılır.Heç bir izah da verilmir.İzahını yalnız maliyyə,vergi sahəsinə cavabdeh dövlət təşkilatları yoxlama,təftiş apararaq verə bilərlər.