Təbriz Aqrarda Tələbə: İctimai-siyasi fəal gənc Təbriz Abdullazadə abituriyentlərə və valideynlərinə müraciət unvanlayıb.
Təbriz Aqrarda Tələbə: Əziz abituriyentlər və valideynlər!
Bildiyimiz kimi, Azərbaycan Universitetlərinə qəbul imtahanı yekunlaşmaq üzrədir, qısa bir müddətdən sonra, ixtisas seçiminə start veriləcək.
Əziz abituriyentlər, əgər, az bal toplayıbsızsa və düşünürsunuzsə heç bir ixtisasa qəbul ola bilməyəcəm, qətiyyən bu belə deyil.
Bu şəraiti və hüququ Sizə Azərbaycan Dövlət Aqrar Universiteti verir.
Nə üçün ADAU?
Çünki, Azərbaycan aqrar sektor sahəsində güclü sürətdə inkişaf edən ölkədir. Və bu zaman kəsiyində aqrar ixtisaslı kadrlara, ehtiyac var. Və Sizləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil almağa, yüksək biliklərə - nəzəri və praktiki biliklərə, yiyələnməyə dəvət edirəm. Əgər Azərbaycan Dövlət Aqrar Universiteti haqqında məlumat almaq istəyirsinizsə, "You Tube" Sosial-Media Platformasında videoroliklərdən və digər sosial media platformalardan, saytlardan məlumat əldə edə bilərsiniz. Əyani şəkildə də, Universitetimizə ekskursiya edərək, mövcüd şəraitlə tanış ola biləcəksiniz.
Azərbaycan Dövlət Aqrar Universitetini seçin və iş zəmanətiniz yüksək olsun!
Təbriz Abdullazadə
İctimai-siyasi fəal gənc, IV kurs baytarlıq ixtisası tələbəsi.