Qalib Xalqın Müzəffər Ordusu! Sizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik
Qalib Xalqın Müzəffər Ordusu! Sizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik!
“Shirvan Operating Company LTD” Şirkətinin işçiləri Müharibə əlilləri, Qarabağ müharibəsi iştirakçıları, Əfqanıstan müharibəsi iştirakçıları ilə birlikdə Şirvan şəhəri Şəhidlər xiyabanını ziyarət etdik.
Bu ümumxalq bayramında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizi işğaldan azad edən, millətimizə tarixi qələbə sevinci, böyük fərəh hissi yaşadan şanlı ordumuzun hər bir fərdinə, qazilərimizə cansağlığı, səadət, firavan həyat arzulayırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə sağlam həyat arzulayırıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!
Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü ordular sırasında yer almaqla eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq! Yaşasın Azərbaycan ordusu!
Taleh Məmmədov.




