"BUTA" körpələr evi-uşaq bağçasında məzun günü keçirilib.
Kanal4.az xəbər verir ki,bununla bağlı "BUTA"körpələr evi-uşaq bağçasının rəhbəri Günay Ağamalı şəxsi facebook hesabında paylaşım edib.
Tədbirlərin keçirilməsində əsas məqsəd, bağçanı bitirib məktəbə yollanan balacaların məzun gününü daha da yaddaqalan etmək olub.
İllərdir gözümüzün qarşısında böyüyən, körpəlikdən məktəb dönəminədək yetişən bu fidanları artıq həyatın daha ciddi mərhələsinə yola saldıq. Hər biri bir ayrı dünyası ilə bizim üçün sevimlidir. Kimisi dəcəlliyi, kimisi ağıllı davranışları, kimisi küsəyən, kimisi şən olması ilə qəlbimizi fəth ediblər. Əminəm ki, onlar vətənimiz üçün faydalı övladlar olacaqlar.
"Biz Buta bağçadan getmək istəmirik" deməklə bizləri kövrəltməyi də bacardılar.
Əziz və istəkli balalarımıza açıq və aydın səma altında getdikləri yolda uğurlar diləyirəm.
Günay Ağamalı
"BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri
23 İyun 2022