II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Əliyev Raufun ad günü münasibətilə anım mərasimi keçirildi.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rauf Əliyevin ad günü uyuduğu II Fəxri Xiyabanda məzarı önündə qeyd olunub.
Kanal4.az xəbər verir ki,4 İyun 2022-ci il tarixində keçirilən tədbirdə Milli Məclisin Deputatı Fəzail Ağamalının köməkçisi Xidmət orucov ,Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı Şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Ana Vətən Partiyasının Qadınlar şurasının Sədri Günay Ağamalı şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Həmçinin, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab Ilham Aliyev -və , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.










Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab Ilham Aliyev -və , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.