Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Salyan rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi.

2022-06-03 18:15:09 162 baxış
Xəbər şəkil

03 iyun 2022-ci il tarixində Salyan rayon Icra hakimiyyətində rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi. Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov, Azərbaycan Aqsaqqallar Şurasının sədr müavini Elmira xanım Süleymanova, idarə, müəssisə, təşkilatların, ictimaiyyətin nümayəndələri və rayon ağsaqqalları iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin məzarlarını ziyarət edərək əziz xatirələrininə yad etmiş, abidələr önünə gül dəstələri qoymuşlar.

Tədbir iştirakçıları Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov rayon ağsaqqallarını salamladıqdan sonra onlara ən xoş arzularını çatdırdı. Azərbaycanın müstəqilliyi dövründə qazanılan uğurları diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti salyanlılar bütün amalları ilə dəstəkləyir və daim dövlətə və dövlətçiliyə sədaqətləri ilə sübut edirlər. Bu sahədə təbii ki, həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və təbliğatına ehtiyac yaranır. Rayonumuzun ağsaqqalları da həmişə bu sahədə aktivlik nümayiş etdirərək öz nüfuzlarından istifadə edirlər. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Onlar hər zaman rayonun bütün tədbirlərində diqqət mərkəzində saxlanılmış, qayğı ilə əhatə olunmuşlar. Pandemiya dövründə də rayon rəhbərliyi daim ağsaqqalların yanında olmuş, bu gün də eyni diqqəti göstərməkdədir. 44 günlük Vətən müharibəsi dövründə ağsaqqallarımız vətənpərvərlik təbliğatını daha da genişləndirmiş, Vətən müharibəsində rayondan olan şəhidlərimizin ilk günlərindən yanlarında olmuş, onlara hər cür mənəvi dəstək göstərmişlər.

Sonra Salyan rayon Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov çıxış edərək ötən 6 ay ərzində şuranın gördüyü işlər barədə ətraflı məlumat verdi.
Rayon ağsaqqalı Məhəmməd Ağayev, rayon Ziyalılar cəmiyyətinin sədri Allahverdi Piriyev, təqaüdçü müəllim Sədaqət Vahidova çıxış edərək bildirdilər ki, rayonumuzda “ağsaqqal” sözü həmişə uca tutulub, bu adın şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Xalqımızın milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır. Bildirildi ki, bundan sonra da rayonun ağsaqqalları rayonumuzun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında fəal iştirak edəcəklər.
Yığıncaqda Azərbaycan Aqsaqqallar Şurasının sədr müavini Elmira xanım Süleymanova çıxış edərək respublikamızda sosial-iqtisadi və mədəni sahələrdə aparılan quruculuq işlərindən danışdı və görülən bu işlərin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd etdi. E.Süleymanova istər Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə, istərsə də bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ağsaqqallara göstərilən diqqət və qayğıdan danışaraq, ağsaqqalların nüfuzunun artmasını fəxrlə qeyd etdi. Natiq Salyan rayon Ağsaqqallar Şurasına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı.

Kanal4.az Emin Xudiyev

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04