BUTA körpələr evi - uşaq bağçasının təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.
Nərimanov rayon İcra Hakimiyyətinin təşəbbüsü, BUTA körpələr evi - uşaq bağçasının təşkilatçılığı ilə Atatürk parkında 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan BUTA körpələr evi - uşaq bağçasının rəhbəri Günay Ağamalı tədbir iştrakçılarını salamladı, firəvan Azərbaycanın fidanlarını təbrik etdi, onların daim dövlətimiz tərəfindən diqqət və qayğı mərkəzində olduqlarını önə çəkdi. Tədbirdə Şəhid və Qazi övladları iştrak edirdi. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Abşeron rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Elçin Quliyev, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov çıxış edərək uşaqları təbrik etdilər, yetişən Azərbaycan nəslinin vətənpərvər ruhda böyüməsində BUTA bağçanın fəaliyyətini diqqətə çatdırdılar. Tədbirdə istedadlı şair Emin Bayramlı yazdığı şeirlə uşaqları təbrik etdi. Buta bağçanın fidanları müxtəlif rəqs, mahnı nömrələri ilə tədbir iştrakçılarını salamlayıb, tədbirdə iştrak edən dostlarını təbrik etdilər. Sonda tədbir Azərbaycanın qüdrətli, əzəmətli bayrağını tərənnüm edən rənglərdən ibarət şarların səmaya göndərilməsi ilə sona çatdı.
BUTA körpələr evi - uşaq bağçası
31 May 2022 - ci il