Xəbər lenti
LƏNKƏRANDA VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB
2022-05-28 18:10:18
258 baxış
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Lənkəran şəhərində baş tutub. Aksiyada iştirak edən 16 rayon sakini qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər. Şəhid atası Fədail Qafarov Lənkəran şəhəri, Digah qəsəbəsinin genişlənən hissəsinin qazlaşdırılmasını xahiş edib. 2022-ci ilin qazlaşma proqramı barədə şəhid atasına ətraflı məlumat verilərək, müraciətin Birlik rəhbərinə çatdırılacağı bildirilib. Şəhid anası Gülşən Nuriyeva isə Şiləvar kəndində dövlət tərəfindən onun üçün inşa edilən fərdi yaşayış evinin qazlaşdırılmasına köməklik edilməsini xahiş edib. Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasının layihələndirmə mərhələsində olduğunu qeyd edərək, ən qısa zamanda mənzilin təbii qazla təmin olunması işinin başa çatdırılacağını bildirilib. Digər şəhid ailəsinin üzvü Bayraməli Nəcəfov da müraciət edərək Liman şəhəri, Mais İsayev küçəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə xəttinin çəkilməsini istəyib. Vətəndaşa müvafiq sənədlərin təqdim edilməsi bildirilib. Bundan əlavə, aksiyada qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər daxil olub. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

