Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşkilatçılığı ilə kitab təqdimatı mərasimi.

2022-05-28 10:40:37 298 baxış
Xəbər şəkil

Son illər ATU-da dünya standartlarına cavab verən müasir dərslik və dərs vəsaitlərinin hazırlanması, nəşr edilməsi həkim və tələbələr üçün ən böyük tövhə olub, xüsusi ənənə halını almışdır. Bu əhəmiyyətliliyi nəzərə alaraq, ATU rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası, Azərbaycan “Ağız- üz, çənə cərrahları” Cəmiyyətinin birgə təşkilatçılığı ilə, 26 may 2022-ci tarixində ATU-nun “Ağız-üz, çənə cərrahiyyəsi” kafedrasının müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhim oğlu Rəhimovun yazdığı “Stomatologiya, İngiliscə-Azərbaycanca-Rusca” iki cildlik tibbi lüğət kitabının təqdimat mərasimi keçirilmişdir. Respublikanın tanınmış ziyalıları, millət vəkilləri, alimlər və həkimləri, Azərbaycan Tibb Universiteti rəhbərliyinin iştirakı ilə Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində, ATU rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, millət vəkili İlham Məmmədov, MQF-nin sədri Rauf Zeyni, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, “Asan” radionun prezidenti Emin Musəvi, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli və tələbə Orxan Pərçivanlı təqdimat mərasimində iştirak edərək, təşkilatçılıq işində xüsusi fəallıq göstərmişlər.
Təqdimat mərasimini giriş sözü ilə açan tədbirin aparıcısı, ATU rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədr müavini Aidə Bəndəliyeva, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci ildən ölkəmizdə həyata keçirilən Dövlət Proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və zənginləşməsi üçün xalq təsərrüfatının hər bir sahəsində, eləcə də tibdə onun geniş tədbiqi və inkişafının nəzərdə tutulduğunu bildirərək, azərbaycan dilinin qorunması, inkişafı və tətbiqinin yeni yazılan ədəbiyyatlarda gerçəkləşməsinin əhəmiyyətini qeyd etdi.
      
Tədbirdə Bakı kitab Mərkəzinin direktoru Günel Rzayevə çıxış edərək, kitab evində bu cür tədbirlərin keçirilməsinin kitaba olan marağın artırılmasının vacibliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tədbirdə çıxış edərək, bir çox qabaqcıl ölkələrin təcrübəsini qəbul edərək Azərbaycanda həkimlərin peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün davamlı tibbi təhsil proqramının həyata keçirildiyini, bu proqram çərçivəsində həkimlər bilik və bacarıq səviyyələrini müasir ədəbiyyatdakı yenilikləri mənimsəmək və təcrübədə tətbiq etməklə artırmış olmalarının əhəmiyyətini qeyd etdi. Natiq, hər bir elmi əsərin Azərbaycan dilinə peşəkar səviyyədə tərcümə edilməsi və nəşr olunmasını, bu baxımdan yaranmış problemin həllində ən səmərəli yollardan biri kimi xarici ədəbiyyatla, xüsusən də dövri mətbuatla tanış olmaq üçün həkimlərə izahlı şəkildə tibbi terminlərin tərcüməsini əks etdirən, prof. Çingiz Rəhimovun xüsusi diqqət və böyük məsuliyyətlə tərtib etdiyi, müasir «İngiliscə-Azərbaycanca-Rusca” izahlı lüğətin hazırlanmasını yüksək dəyərləndirdi. Bu vəsaitin həkimlər, müəllimlər, tələbələr, tərcüməçilər, bu sahədə çalışan mütəxəssislər üçün faydalı və gündəlik istifadəyə yararlı bir lüğət olduğunun əhəmiyyətini qeyd etdi. Professor G.Gəraybəyli müəllifi təbrik edərək, bu cür əhəmiyyətli nəşrlərin ictimaiyyətin diqqətinə mütəmadi olaraq çatdırılması üçün, belə təqdimat mərasimlərinin gələcəkdə bir ənənəyə çevrilməsinin zəruriliyini qeyd etdi.
Təqdimat mərasimində çıxış edən ATU rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, millət vəkili İlham Məmmədov, öncə, hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olmasını dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biri olduğunu qeyd edərək bildirdi ki, 2014-cü ildə "İctimai iştirakçılıq haqqında" qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib. Cənab Prezidentin Sərəncamı və ölkədə bazar iqtisadiyyatı şəraitində yaranmış yeni mərhələ ilə əlaqədar müxtəlif institutsional və maliyyə sahəsində islahatları həyata keçirilir. O islahatların da bir qismi dövlət strukturlarına

ictimai təşkilatların ictimai nəzarətinin təmin olunmasıdır. Natiq öz çıxışında onu da qeyd etdi ki, vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyininin nəzərə alınması baxımından İctimai Şuraların əhəmiyyəti böyükdür. Bu baxımdan Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən Azrbaycan tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası Universitetdə elm və təhsil sahələrinin fəaliyyətini yaxından izləyir, Təhsil sisteminin təkmilləşdirilməsi, təhsil proqramının beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin xarici ölkələrdə daha çox təcrübə keçməsinə imkanların artırılması, onların daha çox faydalı bilik, o cümlədən praktiki bacarıqların əldə edilməsinə yardım edilməsi və digər islahatların reallaşdırılması üçün bir sıra sənədlərin qəbul edilməsi sahəsindəki səmərəli fəaliyyət, İNMŞ-sı tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir. Millət vəkili İlham Məmmədov məhz bu baxımdan, professor Çingiz Rəhimovun hazırladığı yeni kitabını, gələcəkdə Azərbaycanda tibb təhsilində əhəmiyyətli bir ədəbiyyat nümunəsi kimi mühüm rol oynayacağını bildirdi.
Aidə Bəndəliyeva kitabın müəllifi, tibb elmləri doktoru, professor Çingiz Rəhim oğlu Rəhimovun tərcümeyi-halı, keçdiyi həyat yolu, elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənildi.
Professor Çingiz Rəhimov geniş təqdimatla çıxış edərək, qeyd etdi ki, “Tibbin digər sahələrində olduğu kimi, stomatologiyada da durmadan inkişaf müşahidə olunur. Yeni kəşflər, yeni ixtiralar və yeni metodlar təbii ki, tibbi ədəbiyyata yeni sözlər, terminlər gətirir və hazır olan lüğətlərin yenilənməsinə zərurət yaradır. Üzərində 20 ildən artıq çalışdığım «İngiliscə-Azərbaycanca-Rusca” izahlı lüğət əvvəlcə stomatoloqlar üçün nəzərdə tutulurdu. Lakin öz peşəm stomatologiyanın cərrahi aspektlərinə həsr edildiyinə görə, lüğətdə ümumi cərrahiyyə, onkologiya, hematologiya, oftalmalogiya, otorinolarinqologiya, travmatologiya, neyrocərrahiyyə və baş boyun cərrahiyyəsinə aid terminlərə də rast gəlmək mümkündür. lüğətə 35000 söz və söz birləşməsi daxil edilmişdir. Terminlərin rahat tapılması üçün lüğətdə əlifba sırası və bənd sistemindən istifadə

edilmişdir. Stomatoloqlar üçün ilk «İngiliscə-Azərbaycanca-Rusca” izahlı tibbi lüğəti hazırlayarkən biz onun faydalı məlumat mənbəyi olacağına, eyni zamanda bu sahədə Azərbaycan dilində elmi-tədqiqat işlərinin daha geniş vüsət almasına və dilimizin daha da zənginləşməsinə xidmət edəcəyinə inanıram.”
Daha sonar təqdimat mərasimində çıxış edən millət vəkili Rüfət Quliyev, tibb elmləri doktoru, professor Vaqif Şadlinski, bu kitabın Azərbaycan Tibbi sahəsinə bir tövhə olduğunu bildirib, kitabın müəllifi professor Çingiz Rəhimovu təbrik etdilər. Təqdimat mərasimi müəllifin oxuculara təqdim edilmiş kitablarına imzaetmə mərhələsiylə başa çatdı.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04