UĞURLU MƏKTƏB NECƏ FORMALAŞIR?
Uğurlu məktəbin sirri şagird nailiyyətində bilinir.Bir məktəbin inkişafı, şagird kontingentinin inkişafının monitorinqi zamanı görünür.Bəs şagird nailiyyətini necə yüksəltmək olar?
Bunun üçün məktəbdə keyfiyyətli və peşəkar təhsilverənlər olmalıdır.Bütün məktəb rəhbərləri istəyər ki, onların idarə etdikləri məktəbdə güclü kadrlar olsun.Lakin, bu hər zaman mümkün olmur.İstənilən bir müəssisədə təcrübəli mütəxəsislərlə yanaşı təcrübəsizlər də var.Məktəbdə nə qədər çox peşəkar müəllim olarsa, rəhbərliyin çiynindəki öhdəliklər bir o qədər məsuliyyətli olur.Peşəkarlıq mütləq və daimi inkişaf tələb edir.Əgər bir rəhbər potensiallı kadrlarla işləmək istəyirsə, ilk öncə onların təkmmilləşməsi üçün addımlar atmalıdır.O, hər bir müəllimə bir səviyyə irəli getmək üçün şərait yaratmalı, istiqamət verməlidir.Lider bilməlidir ki, bu iş zəhmət və zaman tələb edir.Bu zamanı onlara verməlidir.
Təhsilverənlərin keyfiyyətini yüksəltməklə, o, tədrisin keyfiyyətini yüksəltmiş olacaq.Təkmil bir giriş, mükəmməl bir çıxışa bərabərdir.Bu uğurlu məktəb formulunun açar komponentidir.Davamlı inkişaf və təkmilləşmə vacib amildir.
Məktəb direktoru müəllimləri müntəzəm müşahidə etməli,metodik bacarıqlarını qiymətləndirməli, zəif tərəflərini müəyyənləşdirməli və axsadıqları sahələri inkişaf etdirmək üçün individual inkişaf proqramları tərtib etməlidir.Bu proqram onları sinif otağında dəfələrlə müşahidə etdikdən sonra tərtib edilməli və müəllimin inkişafını təmin etməyə yönəlməlidir.Məktəb rəhbəri hər bir müəllimə onun inkişafına bələdçilik edəcək rəy və təkliflər verməlidir.Bunun üçün ilk öncə böyük nöqsanlardan başlamalı, bunlar aradan qaldırıldıqdan sonra isə daha detallı məsləhətlər verməlidir.
Bir məktəbi idarə etmək göründüyündən daha ağır və məsuliyyətli bir işdir. Bu yolda çətinliklər çoxdur.Bütün bunların öhdəsindən gəlmək üçün bir idarəçidə ilk öncə peşə sevgisi, müəllim ürəyi olmalıdır.O işini hümanist, novator və demoktarik prinsiplər əsasında qurmalıdır.Dözümlü və mübariz olmalıdır.Sakitliyini və səbrini mühafizə etməyi bacarmalıdır.
Sübhan Xəlilov
Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbin müəllimi.