Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub

2022-05-22 11:49:48 405 baxış
Xəbər şəkil

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizdə müasir düşüncəli, vətənpərvər yeni nəsil formalaşıb.

 Dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə daim əhatə olunan gənclərimiz cəmiyyətdə fəallığı ilə seçilir, könüllülük hərəkatının aparıcı qüvvəsi olmaqla insanlara layiqli xidmət göstərilməsində öz bilik və bacarıqlarını əsirgəmir, dövlət idarəçiliyində geniş təmsil olunurlar.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında da gənclərin işlə təminatına xüsusi önəm verilir, kadr korpusunun hazırlıqlı, müasir dünyagörüşlü mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə namizədlərin seçimi prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir. 

Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir. 

Təkcə son bir ildə 300-dək mütəxəssislər qulluğa qəbul olunublar. Onlar nazirliyin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək püxtələşir, vəzifələrində yüksəlirlər. 

Çoxsaylı gənc ədliyyə işçilərinin irəli çəkilərək bu gün respublikamızda ali dövlət orqanlarında məsul və rəhbər vəzifələrdə çalışmaları məmnunluq doğurur.

Bu işlərin davamı olaraq nazirliyin bölgələrdəki qurumlarında vakant ştatlar üzrə keçirilən növbəti müsabiqəyə yekun vurulub və uğur qazanmış bir qrup gənclər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbul edilərək barələrində müvafiq təyinatlar aparılıb.

 Onların sırasında Vətən müharibəsi iştirakçılarının və ailə üzvlərinin olması xüsusilə qeyd olunmalıdır.

Gənclər Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi anılıb, məzarları önünə tər çiçəklər düzülüb.

Qulluğa yeni qəbul olunan əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Gəncləri bu əlamətdar gündə qulluğa qəbul olunmaları münasibətilə təbrik edən ədliyyə nazirinin müavini Toğrul Musayev Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən bəhs edib, hüquq-mühafizə orqanlarının fəaliyyətinə hər zaman xüsusi diqqət yetirdiyini bildirərək dahi öndərin bu qurumların işçiləri qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət etmək, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərinin daim rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbəmizə, azad edilmiş torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işlərinə toxunularaq, Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərində dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə mühüm tədbirlərin, o cümlədən bu ərəfədə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının əhəmiyyəti vurğulanıb.

Böyük Qələbəmizin təmin olunmasında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gənclərinin, o cümlədən əsl vətəndaşlıq nümunəsi göstərərək müharibəyə yollanan gənc ədliyyə işçiləri və könüllülərinin rəşadət və fədakarlığından, dövlət təltiflərinə layiq görülmələrindən, Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək qayğıdan bəhs olunub.

Nazirlik tərəfindən müharibə iştirakçılarının, şəhidlərimizin ailə üzvlərinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq 100-ə yaxın belə şəxslərin ədliyyə orqanlarına qulluğa qəbul olunduğu bildirilib, şəhid ədliyyə işçisi, nazirliyin İcra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun layiqli xidmətindən, vətənpərvərliyindən və qəhrəmanlığından söz açılıb, xatirəsinin daim uca tutulduğu, ailəsinin qayğılarının diqqətdə saxlanıldığı qeyd edilib.

Görüşdə ölkə rəhbərinin dövlət qulluqçularının qarşısında qoyduğu mühüm tələblər vurğulanaraq bildirilib ki, hər bir əməkdaş qanunun aliliyini və dövlətçiliyə sədaqət prinsiplərini hər şeydən üstün tutmalı, məsuliyyətli, təvazökar, Vətənə bağlı olmalı,  insanlara layiqli xidmət göstərməli, sosial aktivlik nümayiş etdirməlidir. 

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədovun gənclərə təbriki və xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl etmələri ilə bağlı göstərişləri çatdırılıb.

Çıxış edən gənclər, müharibə iştirakçıları ulu öndər Heydər Əliyevin doğum günündə qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, ədliyyə qulluqçusu kimi dövlət başçısının ətrafında sıx birləşərək Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıb, onlara göstərilən yüksək etimadı fəaliyyətləri ilə doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına söz veriblər.

Sonra yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04