Fəzail Ağamalı Azərbaycan Xalqını Ramazan Bayramı Münasibəti Ilə Təbrik Etdi
Millət Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Əziz yurddaşlarım, bacılar və qardaşlar!
On bir ayın sultanı, müqəddəs Qurani – Kərimin nazil olduğu, insanları xeyirxahlığa, birliyə, qardaşlığa, bərabərliyə səsləyən
müqəddəs Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik edirəm.
Ərazi bütövlüyümüz uğrunda Şəhadətə qovuşan bütün yurddaşlarımızın müqəddəs ruhunu ehtiramla yad edir, onlara Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.
Qoy Uca Yaradan dünyamıza sülh, xalqımıza əmin – amanlıq bəxş etsin. Cənnət qapılarının açıldığı Ramazan ayında tutduğunuz oruc, qıldığınız namaz, etdiyiniz duaları Allah qəbul etsin, dövlətimizi, xalqımızı qorusun!
Qəlbləriniz rahatlıq dolu, ruhunuza şəfa olsun! Ramazan bayramınız mübarək!
Fəzail Ağamalı,Milli Məclisin deputatı
Ana Vətən Partiyasının sədri
02 May 2022 – ci il