Vətəndaşların problemlərinin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davam etdirilir.
Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti səyyar qəbulu Qaraçala qəsəbə sakinləri ilə keçirmişdir. Qəbulda çıxış edən İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açaraq, həyata keçirilən işlərin hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə başa çatmasının və azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərinin bu uğurlu siyasətin nəticəsi olduğunu xüsusi vurğulamışdır. Daha sonra qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilmiş, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

.jpg)
.jpg)

.jpg)