Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Kür çayında küp qəbirlərinin aşkarlandığı ərazidən reportaj

2022-04-17 12:00:30 150 baxış
Xəbər şəkil

Kür çayında su səviyyəsinin aşağı enməsi bu dəfə fərqli görüntülər üzə çıxarıb. Belə ki, Kürün aşağı axınlarında bir neçə küp qəbir aşkar olunub.

Kanal4.az  xəbər verir ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxan küp qəbirləri Neftçala rayonunun Cəngan kənd orta məktəbinin tarix müəllimi Şəhrəbanu Əhmədova aşkar edib. Onun dediyinə görə, ilk olaraq ərazidə heyvan otaran çobanlar və balıqçılar sahildə saxsı qab qırıntıları görüblər. Sonra sakinlər tarix müəlliməsi ilə əlaqə saxlayıblar. Şəhrəbanu Əhmədova hadisə yerinə gedib və saxsı qabların küp qəbir olduğunu görüb.
Bu ərazidə küp qəbirlərin yalnız kəndin yaxınlığındakı Babazanlı dağında tapıldığını qeyd edən tarix müəllimi deyib: “Arxeoloqlar bu qəbirlərə 2800 il tarix qoyublar. Lakin düzənlik ərazidə, xüsusilə də Kür yatağında indiyə qədər küp qəbir qalıqlarına rast gəlinməyib. Kürün ötən aydan etibarən səviyyəsinin çox aşağı endiyini gördük. Sonradan enib qalxdı və bu zaman ərazidə yaşayan balıqçılar mənə xəbər göndərdilər ki, ərazidə saxsı qalıqları var. Onlar bunun küp qəbir olduğunu bilmirdilər. Şagirdlərimdən biri qırıntının birini gətirdi. Dərhal həmin əraziyə getdik və bir neçə gün Kürün enməsini və qalxmasını gözlədik. Eyni zamanda, qayıqla həmin əraziləri gəzdik və gördüyünüz kimi küp qəbirlərin qalıqlarına rast gəldik. Arxeologiya Cəmiyyətinə məlumat verdikdən sonra, onların nümayəndələri burada iştirak etdilər. Onlar ilkin ehtimal kimi bildirdilər ki, bu qəbrin qırıqlarının yaşı eramızın ilk əsrlərinə, xüsusilə III-IV əsrlərə aiddir”.
Şəhrəbanu Əhmədova verdiyi məlumata görə, küp qəbirlərinin içində insan sümüklərinə də rast gəlinib ki, həmin sümüklərin bir neçəsini də əldə etmək mümkün olub. Bundan başqa müxtəlif əmək alətləri də qəbirlərin içində olub. Hazırda qalıqları dərs dediyi fənn kabinetində saxlayan tarix müəllimi bildirir ki, böyük ehtimalla Kür çayının yatağında belə qəbirlər çoxdur. Həmin qəbirləri yalnız çayda suyun səviyyəsi enərkən araşdırıb tapmaq lazımdır.
“Ümumiyyətlə, bu məsələlər daha geniş çərçivədə öyrənilməlidir. Kür yatağındakı bu qəbirin burada dəfn olunduğu və ya Kür vasitəsilə gətirildiyi hələ müəyyən deyil. Yəqin ki, bu məsələnin aşkarlanmasında da coğrafiyaşünaslar, geoloqlar və torpaqşünaslar iştirak etməlidirlər. Kür yatağının əvvəlcədən başqa yerdən keçdiyi ehtimal olunur. Çünki heç bir xalq məzarlığını Kür sahilində, çay sahilində etməzdi. Bu məsələlər böyük bir tədqiqat işidir. Mən tarix müəllimi, bir azərbaycanlı kimi çalışdım ki, Kür bu qırıntıları aparmamış toplayım gətirim, elmimizə bir xeyri olsun. Həmçinin bu mənim arzum idi tapıntılarım içində küp qəbirləri də olsun”, - deyə Şəhrəbanu Əhmədova əlavə edib.
Qeyd edək ki, tarix müəllimi hələ 10 il əvvəl də Babazanlı dağlarında müxtəlif mədəniyyət nümunələri aşkarlayıb. O topladığı maddi-mədəniyyət nümunələrini dərs dediyi məktəbdə yaratdığı tarix-diyarşünaslıq kabinetində qoruyur və gələcək nəsillərə ötürür. AMEA-dan isə bildirilir ki, Kür çayının sahilində bu cür qəbirlərə Neftçala rayonunun Cəngan kəndindən başqa Aşağı Surra, Balaca Surra, Pirəbbə kəndlərində də rast gəlinib. Qeyd olunur ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar. Hazırda araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04