Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Azərbaycanda kartof-soğan nə vaxt ucuzlaşacaq?

2022-04-17 11:32:52 202 baxış
Xəbər şəkil

Ekspertlər Rusiya-Ukrayna münaqişəsini nəzərə alaraq kənd təsərrüfatı məhsullarının idxal və ixracının dünya bazarındakı ölkələr üzrə tənzimlənməsinin vacib olduğunu bildirilər.

Mütəxəssislər kartof və soğanla bağlı yaxın müddət üçün Azərbaycanda ciddi problemin və ya ajiotajın olacağını gözləmirlər. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Son bir ay ərzində bazarlarda kartof və soğanın qiymətində bahalaşma müşahidə edilir. Maraqlı məqam ondan ibarətdir ki, bu məhsulların qiyməti günbəgün artır. Məsələ ilə bağlı müxtəlif səbəblər göstərilir. Bunlardan biri Rusiya ilə Ukrayna arasındakı münaqişədir ki, Azərbaycana idxal edilən kartofun böyük əksəriyyətinin bu ölkələrdən gəldiyi heç kimə sirr deyil. Mövcud durumla bağlı Azərbaycan üçün bazar dəyişib və hazırda İran və Pakistandan gətirilən məhsullar müştərilərə təqdim olunur. Əlbəttə ki, bazarın dəyişməsi məhsulun qiymətinə təsirsiz ötüşməyə bilməz. Qiymət artımında digər bir səbəb kimi payızlıq əkinə qonşu ölkələrin bazarlarında tələbatın çox olması göstərilir. Amma təbii ki, əsas məqam mövsümlə bağlıdır. Uzun illərdir Azərbaycanda kartof və soğanın qiyməti yaz aylarında bahalaşır. Lakin payızlıq əkin bazara çıxdıqdan sonra qiymətin aşağı düşməsi müşahidə edilir. Bəs indiki durumda ekspertlər  hansı proqnozu verirlər?  

Payızda çıxan məhsul bitmək üzrədir

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, Azərbaycanda hər il mövsümi olaraq kartof və soğanın qiymətlərinin dəyişməsi hiss olunur: “Bu, bəlli bir vaxta qədər davam edir. Son bahalaşmanı Rusiya-Ukrayna münaqişəsinə bağlayırlar. Düzdür, bu ölkələrdən idxalımız var və zaman-zaman mövsümdən asılı olaraq ixracımız da olur. Amma bütün hallarda hesab edirəm ki, kartof və soğanın qiymətindəki artım mövsümə bağlıdır. Belə deyək, payızda çıxan məhsul bitmək üzrədir, anbarlarda qalıq azalır”.

“Ajiotajın olacağını gözləmirəm”

C.İbrahimli vurğuladı ki, Bərdə, Ağdam və Tərtər rayonlarında payızda əkilən soğanın yığımına yaxın günlərdə başlanacaq: “Yəqin ki, ayın sonuna qədər məhsul yığımı başlayacaq. Eyni zamanda da Cəlilabad rayonunda payız əkini olan kartofun yığımına başlanacaq. Hesab edirəm ki, yeni məhsul bazara çıxdığı vaxta qədər qiymətlərin yüksəlməsi və ya yüksək qalması davam edəcək. Lakin sonrakı dövrdə, yəni bazara yeni məhsulların gələcəyi andan qiymətlərin düşəcəyi gözlənilir. Digər, bölgə ilə bağlı prosesləri isə hələ ki istisna edirəm. Çünki Azərbaycanın bəlli dönəm üçün yetərli qədər istehsalı olacaq. Eləcə də payızda yazlıq əkinin məhsulları bazara çıxacaq. Ona görə də kartof və soğanla bağlı yaxın müddət üçün Azərbaycanda ciddi problemin və ya ajiotajın olacağını gözləmirəm”.

Soyuducu anbarlar çox olmalıdır ki... 

İqtisadçı-ekspert Rauf Qarayev bildirdi ki, dünyada bahalaşma prosesi sürətlə gedir: “Bu da kənd təsərrüfatı məhsullarının qiymətində ciddi problemlər yaradır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasına gəlincə, bu məsələdə bir neçə səbəb var. Bunlardan biri odur ki, ölkəmizdə əkilən məhsullar, əsasən, Rusiya bazarlarına gedir və daxili tələbatı ödəmək üçün İrandan, Pakistandan kartof almalı oluruq. Yəni görünən odur ki, əkilən məhsul daxili tələbatı tam ödəmir və məhsulun qiyməti artmağa başlayır. Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır. Amma ölkəmizdə anbarlar az olduğundan ora qoyulan məhsullar da bazara çıxarıldıqda qiymətə təsir etmir.  Yəni anbarların az olması qiymətin yüksək olmasına gətirib çıxarır. Digər amil isə anbarlarda texniki dəstək qiymətinin də yüksək olmasıdır. Azərbaycan kənd təsərrüfatı dərmanlarını da xaricdən alır və bu da qiymət artımına təsir edən amillərdəndir”.

Satış və alış necə tənzimlənməlidir? 

Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycana kartof, əsasən, Belarusdan, Rusiyadan, Ukraynadan gəlirdi, amma indi Pakistandan, İrandan gəlir: “Yəni hazırda Ukrayna kartofunu Pakistan əvəz edir. Düzdür, məsafə baxımdan ora uzaqdır, amma itirilmiş bir bazarı digəri ilə əvəz etməyə məcburuq. Bu da qiymət artımına təsir edir. Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı savaş onu göstərir ki, kiçik ölkələr belə mövcud vəziyyətə hazır olmalıdır və bir mərkəzdən alğı-satqı etməməlidir. Misal üçün, biz taxılın və unun 40 faizini Rusiyadan alırıq. Sabah Rusiya desə ki, taxıl və un satmıram, o zaman avtomatik olaraq taxıl məhsulları bahalaşacaq. Bunu nəzərə alaraq idxal və ixrac dünya bazarındakı ölkələr üzrə tənzimlənməlidir”.

R.Qarayev soğanın bahalaşmasına da aydınlıq gətirərək deyib ki, bu, kənd təsərrüfatında düzgün proqnozlaşmanın olmamasından irəli gəlir: “Sahibkarın xarici bazara çıxışının məhdudlaşması, soğan saxlamaq şəraitinin məhdud olması səbəblərindən kəndli soğanı az əkir. Hesab edirəm ki, buna baxmayaraq, may ayında soğanın qiyməti aşağı düşəcək. Yəni bu sahədə qiymətlərin qalxması müvəqqəti xarakter daşıyır”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04