Azərbaycanda maska tələbi və COVID pasportu nə vaxt ləğv ediləcək?- AÇIQLAMA
Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da maska və COVID pasportu tələbləri qüvvədə qalıb. Vətəndaşlar maskasız və peyvənd sənədi olmadan qapalı məkanlara daxil ola bilmirlər.
Kanal4.az BAKU.WS-ə istinadən xəbər verir ki, mövcud durumda ölkədə maska və COVID pasportu ilə bağlı yumşalmaların olması gündəmə gəlib.
Sosial şəbəkələrdə müzakirələr zamanı da insanlar bu məhdudiyyətlərin nə zaman ləğv ediləcəyini müzakirə edirlər. İnsanları düşündürən suala cavab tapmaq üçün millət vəkili Fazil Mustafaya müraciət etdik.
Deputat BAKU.WS-ə bildirib ki, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyil:
“Koronavirus kifayət qədər mədəni hadisədir. Cəmiyyətin bu prosesi birlikdə və mədəni komponent üzərindən gerçəkləşdirmə məsələsidir. Azərbaycanda artıq yaslar və toylarla bağlı qadağa yoxdur. 5 il bundan qabaq dünyasını dəyişən üçün də yas mərasimi keçirilir. Hamı dolur bir məkana və saatlarla əvvəlki qayda ilə orada otururlar.
Etiraf edim ki, bizi ya inzibati məsuliyyət, ya da ilahi və ya təbii məcburiyyətlər özümüzü qorumağa yönəldir. Mütləq xəstəlik olmalıdır ki, qorxudan özümüzü qoruyaq. Pandemiya dövründə tədbirlər az sayda insanın iştirak ilə baş tuturdu. Hazırda həm toylar, həm də yaslarla bağlı əvvəlki vəziyyətə qayıtmışıq. Bu o, deməkdir ki, biz sadələşməni sevmirik.
