Salyannda Vətən müharibəsi şəhidinin ad günü məzarı önündə qeyd olundu-FOTO
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Salyan rayonun rayonunun Qarabağlı kəndindən olan şəhid Şirəliyev KananTelman oğlununun doğum günü şəhidlər xiyabanında məzarı önündə qeyd olunub. Mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib.
Anım mərasimində rayon icra hakimiyyətinin əməkdaşları Milli Məclisin Deputatı Fəzail Ağamalının köməkçisi Xidmmət orucov şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.
Çıxış edNklıənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.
Şəhid Kananın valideynləri övladları ilə fəxr etdiklərini söyləyərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd ediblər kbu gün dövlət başçısının şəhid ailələrinin sosial qayğılarınannç göstərdiyi diqqət cəmiyyətin hər bir üzvü üçün örnək olmalıdır.